10.2.16

Digərlərindən fərqlənən 6 klub!

    Bu gün dunyada on minlərlə futbol klubu var .Bu klublardan bəziləri imza atdığı və təkrarlanası çətin olan rekordlarla digərlərindən fərqlənirlər .Bu gün mən sizə bu cür 6 klub haqqında danışacam.Əgər dunyada ən çox titul qazanan, 40 il öz evində uduzmayan, UEFA-nın təşkil etdiyi bütun turnirlərində qalib olan ,bir şəhərdə doğulmuş futbolçularla Çempionlar Liqasının qalibi olan və ardıcıl ən çox ölkə çempionu olan komandaları taımaq istəyirsinizsə yazını diqqətlə oxuyun.

Yuventus

     
"Seria A"-nın ən çox qalibi olmuş Yuventus həmdə UEFA-nın təşkil etdiyi bütun turnirlərin qalibi olmuş yeganə komandadır.Turinlilər muxtəlif vaxtlarda Çempionlar Liqasını,Uefa kubokunu,Kuboklar Kubokunu və UEFA super kubokunu qazanmaqla bərabər həmdəki UEFA İntertoto kuboku turnirindədə qalib olmağı bacarıblar.UEFA intertoto kubokunun artıq mövcud olmadığını nəzərə alsaq ,yeni turnir yaranana qədər bütun UEFA turnirlərinin qalibi olmuş tək komanda Yuventusdur.


Seltik 

   
Şotlandiya klubu olan Seltik Dunyanın ən çox izlənilən klub turiri olan UEFA Çempionlar Liqasını qazanmış ilk Britaniya klubu kimi tarixə düşub .Çempionlar Kubokunun 1966/67 mövsumunun finalında İnteri 2-1 hesabıyla udan Seltikin o zaman heyətində olan 15 futbolçunun hər biri Qlazqo və Qlazqo ətrafındakı regionlarda doğulmuş futbolçular idi .Onlardan 14-u isə Seltikin stadionu "Seltik Park"dan 20 km uzaq olmayan bir ərazidə doğulanlıar idi .Bu gün hansısa klubun təmsil etdiyi regionda doğulmuş futbolçularla Çempionlar Liqasını qazanacağı inandırıcı görunmur .Buna görə hələ uzun muddət bu uğuru qazanmış tək klubun Seltik olduğunu deyə bilərik.

Skonto

   
    Latviyanın ən çox çempionu olmuş Riqalılar Mustəqil Latviyanın ardıcıl 13 dəfə çempionu olub. Bu isə Latviya SSR-də son ildə qazanılan çepionluğuda saysaq 14 dəfə ardıcıl çempion olmaq deməkdir .Bu nəticəylə bir ölkə çempionatında ardıcıl ən çox çempion olan komanda Skontodur. Yaxın illərdə bu nəticəni hansısa klubun təkrarlayacağı inandırıcı deyil.


Qarabağ Ağdam

 
Azərbaycana futbol XX əsrin əvvəllərində gəlib.Bakıda 1905-ci ildə Britaniyalı fəhlələrin yerli insanlar arasında futbolu yayması nəticəsində Azərbaycanda ilk futbol klubu yaranır.Ardınca Azərbaycanın bütun regionlarına bu oyun yayılır və qədim Azərbaycan şəhəri olan Ağdamada gedib çıxır.Ağdamda 1951-ci ildə hələ XVIII əsrdən fəaliyyət göstərən idman arenasının ərazisində stadion tikilir.O tarixdən başlayaraq bu şəhərin klubu yaranır və bu klub 40 ilə yaxın bir muddətdə ev oyunlarının heç birini uduzmur.Yarandığı güdən muxtəlif turnirlərdə iştirak edən Ağdam klubunu 1991-ci iləcən "İmarət" stadionunda məğlub etməyi heç bir klub bacarmır.Qarabağı evində məğlub edən ilk klub isə Gəncə Dinamosu olur.Bu gün hər hansı klubun ev oyunlarını keçirdiyi stadionda 40 il uduzmamağı real olmadığından yəqinki bu rekord uzun muddət Ağdamlılara məxsus olacaq.

Real Madrid

   
İspaniyanın ən çox çempionu olmuş Real Madrid həmdə Çempionlar Liqasını ən çox qazanmış klubdur.Real Madrid həmdəki Çempionlar Liqasında 5 dəfə ardıcıl qalib olmuş yeganə klubdur.Uzun illərdi klubların iki il ardıcıl Çempionlar Liqası kubokunu qazanmaqda çətinlik çəkdiyini nəzərə alsaq "Kral klubu"nun bu rekordunu hələ uzun muddət heç bir klubun təkrarlanmayacağını əminliklə deyə bilərik. 


Reyncers 

 
Şotlandiya eləcədə Britaniyanın köklu klublarından Qlazqo Reyncers 117 dəfə rəsmi turnirlərin qalibi olub.Bu isə dunyada ən çox titul qazanmaq deməkdir.Hal hazırda Şotlandiyanın aşağı dvizionunda yarışsada Qlazqolu Reyncerslərin bu rekordunu yeniləmək üçun digər klublara çox vaxt lazımdır!

Комментариев нет:

Отправить комментарий