11.12.15

Hamıdan fərqli Don Karlo "I hissə"

Futbolda adətən futbolçular daha çox tanınır , sevilir və tarixdə qalır . Ancaq bu futbolçuları üzə çıxaran , klublara titulları qazandıran məşqçilərin futboldakı əhəmiyyəti heçdə futbolçulardan az deyil . Onların içərisində adətən çoxlu titul qazanan və ya futbolda yenilik edən məşqçiləri çoxları tanıyır. Ancaq bir məşqçi varkı titulsuz olsada dunya futbolu uçun onun görduyu çox iş olub . Ancaq təssufki bu gün çoxları onu unudub . Bu məşqçi məşqçilər ölkəsi kimi tanınan İtaliya futbolunun ağsaqqalı kimidə tanınır . Məşqçilər ölkəsi İtaliyaya çox məşqçilər gəldi getdi Kapello , Sakki , Nereo , Erreyro , Ançelotti , Erikson , Maurinyo , Trapp , Lippi və daha kimlər...  Ancaq onlardan heç biri mənim üçun Don Karlo Matsone olmadı . Fubola Totti , Pirlo kimi futbolçuar bəxş edən , Qvardiolanın müəllimi olmuş , məşçqilərin məhv etdiyi Baccoya ikinci cavanlığı verən Don Karlonun bioqrafiyasını gəlin birlikdə nəzərdən keçirək.

Uğursuz futbolçu həyatı...

İtaliyada faşizmin hakimiyyətdə olduğu 1937-ci ildə , Matsonelər ailəsində İtaliya xalqına bəlkədə Mussolinidən daha çox xeyir verəcək bir insan olan
 Karlo dunyaya gəlir . Romada doğulan Karlo “Əbədi şəhərin” eyni adlı komandasına könul verir . Uşaq yaşlarından klubun uşaq məktəbində futbolu öyrənməyə başlayan Karlo 1958-ci ildə 21 yaşında klubun əsas heyətinə dəvət olunur . Tezliklə əsas heyətdə meydana çıxmağı gözləyən Karlo uzun muddət Romanın Macar məşqçisi Dyurd Şaroşi və oynayan məşqçi olan əfsanəvi Nordalın rəğbətini qazana bilmir . Nəhayət 31 may 1959-cu ildə  Roma – Fiorentina oyununda futbolçu meydana çıxır . Ancaq gənc futbolçuya sevimli komandasında qəhrəman olmaq qismət olmur . Günunu ehtiyat oyunçular skamyasında keçirən futbolçu “Canavarlar”ın heyətində cəmi 2 oyunda meydana çıxır . Mövsum bitdikdə futbolçu S.P.A.L klubuna dəvət olunur . Burda isə gənc mudafiyəçi heç bir oyuna çıxmır . Ardınca “Siena”da bir mövsumdə 13 dəfə meydanda olur . Nəhayət 1960-ı ildə Don Karlo futbolçu karyerasının 9 ilini verdiyi “Askoli”yə dəvət olunur .  Burada 9 mövsumdə 221 oyuna çıxır və 11 dəfə fərqlənir .

...Məşqçi karyerasının başlanğıcı və Florensiyadakı ilk böyuk klub...

            1967-ci ildə Askoliyə oynayan məşqçi kimi Karlonun Romadan tanıdığı Brazilyalı Dino Da Koşta dəvət olunur . Da Koşta onun məşqçi omasına stimul verir və Brazilyaı komandanı tərk edən kimi onun yerinə Karlo Matsone oynayan məşqçi kimi təyin olunur . Növbəti il isə Karlo Matsone məşqçi kimi Askoliylə ilk muqaviləsini imzalayır . Klubla 3 il “Seriya C”-də işlədikdən sonra 4-cu il “Seriya C”-nin çempionu olaraq , komandasına daha yüksək mərhələ olan
 “Seriya B”-yə vəsiqə qazandırır . “Seriya B”-nın debutantı bu dviziondada pis oynamır və dörduncu yeri tutur . Daha bir il keçir və artıq 37 yaşlı Matsonenin  komandası “Seiya A”-ya vəsiqə qazanır . Uğursuz futbolçu olsada , məşqçi olaraq artıq Askoliniin qəhrəmanı kimi bütun İtaliyada tanınır . Tarixində ilk dəfə “Seiya A”-da debut edən “Askoli” 12-ci yeri tutaraq İtaliyanın yüksək dvizionunda yerini qoruyur . Mövsum bitincə gənc məşqçi karyerasında ilk böyuk klub olan “Fiorentina”ya dəvət  olunur . Gənc məşqçi burada əfsanəvi Nereo Rokkonu əvəz edir . İtaliya futboluna adını qızıl hərflərlə yazmış Nereonu əvəzləməyin gənc məşqçi üçun nə demək olduğunu İtaliya futbolunun azarkeşləri yaxşı başa düşər . Florensiyada keçirdiyi ilk mövsumdə klub 10-cu yeri tutur . Bu nəticə klub üçun çox uğursuz sayılır . Ancaq Don Karlonun o zaman üçun çox ciddi kubok sayılan “İtalo-Anglo” kubokunda  “Vest Hemi” udaraq bu kuboku qazanması onu xilas edir . Florensiyalıların prezdenti Uqolini gənc məşqçiyə daha bir şansa verir . Növbəti il Turin komandalarıyla mubarizədə məğlub olaraq üçuncu yeri tutur . Bu isə Florensiyalılar üçun 1969-cu il çempionluğundan sonra ən yaxşı nəticə olur .

... Kalabriyə dəvət və Roma arzusunun gerçəkləşməsi və Tottinin xilası ...


Ancaq növbəti mövsum komanda çempionata çox uğursuz start verir və Matsone klubdan qovulur . Bu zaman məşqçi yenidən bir debutant kluba dəvət olunur .Bu komanda Kalabriya əyalətinin kiçik Katandzaro şəhərinin eyni adlı komandası olur . Debutantın məşqçidən istəyi komandanın “Seiya A”-dakı yerini qorumaq olur . 
  İlk mövsumdə debutant uğurlu çıxış edərək 10-cu yeri tutur . İtaliya kubokunda isə klub yarımfinalacan irəliyir . Növbəti il isə “Latiyo” və “Milan” kimi komandaları “Seriya B”-yə göndərərək , İtaliyanın yüksək dvizionunda komandanın mövqeyini qoruyur . Ancaq bu o zaman İtaliya futbolunda baş vermiş skandalın hesabına baş verir . Mövsum bitincə Don Karlo doğma “Askoli”yə qayıdır . Burada 5 il çalışan məşqçi 4 il komandasının  ”Seriya A”-dakı yerini qoruyur ancaq beşinci il klub “Seriya A”-la vidalaşır . Bu zaman Don Karlo üçun yeni yol görunur  və  “Bolonya”ya dəvət olunur . Ancaq burada məşqçinin uğursuzluq seriyası başlayır . Komanda 16-cı yeri tutaraq “Seriya B”-yə düşur . Tezliklə “Bolonya”dan qovulan məşqçi “Leççe” klubuna dəvət olunur . Burada məşqçidən klubu “Seriya A”-ya qaytarmaq tələb olunur . İlk mövsumdə klub 4-cu yeri tutur . Növbəti mövsum isə klub ikinci yeri tutaraq “Seriya A”-ya vəsiqəni təmin edir . Klubla İtaliyanın yüksək dvizionundakı ilk ilində 9-cu yeri tutur . Növbəti mövsumu isə 12-ci yerdə bitirdikdən sonra yenidən “Seriya B” klublarından birinə dəvət olur . Ancaq məşqçi yeni klubu olan “Peskara”da uğuru omur və klubdan uzaqlaşaraq “Kalyari”ylə muqavilə bağlayır . Növbəti il isə Kalyarini 6-cı yerə daşıyır . Mövsum bitdikdən sonra isə Don Karlonun çoxdan arzuladığı hadisə baş verir . Məşqçini doğma Romaya dəvət edirlər . Sevimli komandasında 3 mövsum keçirən Matsone “Skudetto” uğrunda gedən mubarizədə 2 dəfə beşinci , bir dəfə isə yeddinci yeri tutur . Bu nəticələr elədə uğurlu omasada , Matsone Romada titul qazanmasada Roma və İtaliya futbolu üçun Totti kimi bir əfsanəni qazandırır . Sonralar Totti musahibələrindən birində hər zaman Romada oynadığı üçun ilk öncə Karlo Matosenyə minnətdar olduğunu deyir . İlk baxışdan bu iki insanın düşmən olduğu görunsədə əslində Matsone bir cənublu sərt atanın öz oğlunu tərbiyə etdiyi kimi Tottiyə yanaşırdı .
 Tottinin bütun şıltaqlıqlarına rəğmən Don Karlo ondakı bacarığı və əsl “Romalı” ruhunu çox yaxşı görurdu . Muxtəlif yollarla bu gənc istedadın bütun çatışmazlıqlarını aradan qaldırmağa çalışan Matsonenin onu bir Roma əfsanəsinə çevirməyi heçdə asan olmur . Yaşlı Roma azarkeşləri 1995\96 mövsumundə Napoli – Roma oyununda məşqçinin Tottini meydandan çıxartdıqdan sonra onun üstunə çığırmasını və Tottinin göz yaşlarını saxlaya bilməməsini yaxşı xatırlayır . Məşqçinin sevimli komandasında 3 illik fəaliyyətindən sonra komandadan uzaqlaşır və ona tanış olan Kalyariylə muqavilə imzalayır . Matsonedən sonra Romaya baş məşqçi postuna Argentinalı Karlos Byanki gətirilir . Tezliklə klubda Totti ilə Byanki arasında qarşıdurma başlayır və nəticədə Totti Romadan getmək istədiyini bildirir . Futbolçuya elçi tezliklə peyda olur və “Sampdoriya” klubu gənc futbolçunu icarəyə göturmək uçun Roma klubuyla danışığa başlayır . Bu zaman “Kalyari”də olan Don Karlo bu haqda eşitdikdən sonra Romanın əvəzolunmaz prezdenti olan Franko Sensiyə zəng edir . Matsonenin Sensiylə danışığından sonra Sensi Sampdoriyaya yox deyir və bir qədər sonra Matsone Kalyarinin prezdentiylə Sensinin göruşunu təşkil edir .
 Göruş Romada keçirilən «Trofeo citta di Roma» kubokunun oyunları zamanı baş verir . Bu kubokda isə Romayla bərabər, Borussiya və klubun Tottinin mövqeyinə almaq istədiyi Litmanenin oynadığı Ayaks klubuda iştirak edirdi . Kubok oyunlarından öncə qəzetlərdə “Totti Kalyariyə keçir” başlığıyla Matsonenin musahibəsi çıxır və musahibədə Matsone Tottinin Roma üçun necə bir lazımlı oyunçu olduğundan danışır . Eyni zamanda Matsone Totti ilə olan söhbətlərində Tottinin hər necə olsa Romada qalmalı olduğunu və onda əsl Roma ruhunun olduğunu deyir . Kubok oyunları başlayır və Romanın transfer etməyə hazırlaşdığı Litmanenin gözəl oyunu sayəsində Ayaks Almaniya klubu Borussiyanı məğlub edir . Litmanen sanki Romaya gəlməmişdən azarkeşlərin sevimlisi olmaq üçun meydanda şou göstərirdi . Növbəti oyunda Borussiya Roma ilə qarşılaşır və Tottinin cərimə zərbəsindən vurduğu qol Romaya qələbə qazandırır . Növbəti oyunda isə Roma ilə Ayaks qarşılaşır və Litmaneni kölgədə qoyan Totti uzaqdan vurduğu möhtəşəm zərbəylə komandasına qələbə qazandırır . Tottinin sayəsində kuboku qazanan Romanın prezdenti Tottini heç yana buraxmayacığını bildirir . Beləcə Matsonenin sayəsində Tottinin Sampdoriyaya getməsi baş tutmur və onun təsiriylə Totti özunu göstərərək “Əbədi Şəhərin” klubunun uzunmuddətli liderinə çevrilir . Sonralar Totti Romanın çempion olduğu 2000/01 mövsumunun kapitan sarğısını və Dunya Çempionu olduğu 2006-cı ilin dunya kubokunun bir kopyasını Matsoniyə göndərərək ona “Hər zaman mənimlə birlikdə olduğun uçun çox sağ ol . Biz bu titulları birlikdə qazandıq”  deyə məktub yazır . 

                                              Ardı var...

1 комментарий: