26.8.15

Çempionlar Liqasının yadda qalan finalları silsiləsindən: İtaliyada bəyənilməyən Almanların qisası.

Yəqinki klub səviyyəsində ən maraqlı turnir UEFA ölkələrinin çempionlarının yarışdığı UEFA Çempionlar Liqasıdır.İlk dəfə 1956-cı ildə təçkil olunan və 1992-ci iləcən UEFA Çempionlar Kuboku adlanan bu turnir 1992/93 mövsumundən başlayaraq UEFA Çempionlar Liqası adlanır.Bu günəcən ümumilikdə 60 dəfə , Çempionlar Liqası adı ilə isə 23 dəfə keçirilib.Gəlin bu turnirin Çempionlar Liqası adlanmasından sonra baş tutmuş 5 ən yaddaqalan finalını yenidən xatırlayaq.

     Növbəti xatırlayacağımız unudulmaz final Çempionlar Liqasının 1996/97 mövsumunun finalıdır.Bu finalda Son Çempionlar Liqasının qalibi olmuş və heyəti ulduzlarla dolu olan Yuventusun rəqibi Borussiya Dortmund idi.


O zaman dunyada ən məşhur komanda  olan Yuventus heyətinə görə dunyanın ən yaxşısı sayılırdı.Borussiya isə Almaniya çempionu olsada Avropada sıradan bir komanda idi.Çox maraqlıdırki komandalar 1 il əvvəl eyni qrupda olurlar.Onda Borussiya Yuventusdan sonra ikinci yeri tutaraq qurpdan çıxır.Ancaq 4/1 finalda Almanlar gələcək finalçı Ayaksa hər iki oyunda uduzurlar.Yuventus isə finalacan gedib finalda Ayaksı udaraq çempion olmuşdu.
    İlk öncə finalçı Borussiyanın finala gedən yoluna baxaq.Komanda Almaniya çempionu kimi Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanmışdı.Qrup mərhələsinin B qrupuda komanda Atletiko Madrid,Styaua və Vidzev komandalarına rəqib olur.Komanda Atletikoyla bərabər 13 xal toplasada top fərqində ikinci yeri tutaraq qrupdan çıxır.Dortmundlular 4/1 finalda Oserə rəqib olur və hər iki oyunda fransılzarı məğlub edir.Almanlar yarımfinalda isə Mançestr Yuaytedi hər iki oyunda minimal hesabla məğlub edərək finala çıxır.
     Digər finalçı Yuventus isə İtaliyda ikici yeri tutsada turnirin ötənilki qalibi kimi qalibi kimi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanır."Qoca Sinyora" C qrupunda Mançestr Yunayted,Fənərbaxça və Rapidlə yarışır.Turinlilər bəzi oyunlarda ikinci heyyətlə oynamağına baxmayaraq Rapidlə bir oyunda 1-1 hesablı heç-heçə edir və digər oyunlarda isə qol buraxmadan qalib gəlir.Yuve 16 xal toplayaraq qrupda 1-ci yeri tutur.Sonra 4/1 finalda Rusenburqu udaraq yarımfinalda ötən il finalda udduğu Ayaksa rəqib olur.Turinlilər 2 oyuna 6 qol vurmaqla Ayaksdan üstun olur. 



     Final oyununa keçməzdən öncə oyunu daha maraqlı edən daha bir faktı deyimki bu oyunda Borussiyanın heyətində Yuventusun keçmiş 4 oyunçusu forma geyinirdi.Bunlar Ştefan Reyter,Andreas Müller,Yurgen Kohler və Paulo Sousa idi.Yuventusa lazım olmayan bu oyunçuların sanki Yuventusdan intiqam almaq üçun gözəl şansları yaranmışdı.İndisə keçək final oyununa.1997-ci ilin may ayının 28-də Munhen stadionunda bu möhtəşəm final başlayır.Yuventus meydana 4-4-2 taktiki sitemiylə çıxır.


Dortmundluların məşqçisi Otmar Hitsfeld isə güclu Yuventus qarşısında riskə getməyərək 5-3-2 taktikasından istifadə edir.Heç kimin gözləmədiyi halda oyunun 29-cu dəqiqəsində Karl Ridle hesabı açaraq Borussiyanın ilk qolunu vurur.Ardınca 34-cu dəqiqədə futbolçu dubl edərək komandasının ikinci qolunu vurur.Qeyd edəkki Ridle Borussiyaya Latsiyodan gəlmişdi.İtaliyada 3 mövsum keçirən futbolçuya Yuventus tanış rəqibiydi.İlk hissədə başqa qol olmur və İkinci hissədə Lippi gənc Del Pyeronu meydana buraxır.Oyunun 66-cı dəqiqəsində Alessandro Çempionlar Liqası finallarının bəlkədə ən gözəl qolunu vuraraq hesab arasındakı fərqi azaldır.Ancaq İtalyanlar özlərinə gəlməmiş 20 yaşlı Alman gənc Lars Rikken Dortmundluların 3-cu qolunu vurur.Beləcə Yuventus ardıcıl 2-ci kubok qazanmaq arzusunu reallaşdıra bilmir və Yuventusun uzun illər davam edcək finalda uduzma sindromu başlayır.










14.8.15

Çempionlar Liqasının yadda qalan finalları silsiləsindən: Çoxdan gözlənilən İtaliya finalı.

Yəqinki klub səviyyəsində ən maraqlı turnir UEFA ölkələrinin çempionlarının yarışdığı UEFA Çempionlar Liqasıdır.İlk dəfə 1956-cı ildə təşkil olunan və 1992-ci iləcən UEFA Çempionlar Kuboku adlanan bu turnir 1992/93 mövsumundən başlayaraq UEFA Çempionlar Liqası adlanır.Bu günəcən ümumilikdə 60 dəfə , Çempionlar Liqası adı ilə isə 23 dəfə keçirilib.Gəlin bu turnirin Çempionlar Liqası adlanmasından sonra baş tutmuş ən yaddaqalan finallarını və finalçıların finala gedən yollarını yenidən xatırlayaq.

Milan - Yuventus finalı (0-0) 



Bəlkədə finalların sıralamalarını seçərkən ən çox əziyyət çəkdiyim və tərəddud etdiyim məhz hansından başlamaq idi.Çünki ilk haqqında yazacağım final sonrakı yazdıqlarımdan az maraqlı haqqında yazmadıqlarımdan isə çox maraqlı olmalıdı və eyni zamanda 3-4 finalı bura aid etmək olardı.Sonda onların içərisindən ən maraqlı olan 2002/03 mövsumunun finalını seçdim.Əlbəttəki heyətində Kostakurta,Maldini,Nesta,Pirlo,Zeedorf,Qattuzo,Şevçenko,Rivaldo,Ruy Koşta,İnzaqi kimi 
ulduzların olduğu Milanla , yarımfinalda "Qalaktikos"u məğlub etmiş Yuventusun 120 dəqiqəlik finalı əksər finallardan daha maraqlı və unudulmaz idi.Ancaq bu finalı maraqlı edən başqa səbəblərdə var idi.Digər maraqlı olan isə ilk dəfə Çempionlar Liqası finalında iki İtaliya klubunun qarşılaşması idi.Gəlin bir az İtaliya futbolunun son 20 ildəki vəziyyətinə baxaq.Ümumiyyətcə 80-cı illərin ortalarından başlayaraq sürətli inkişafa başlayan İtaliya futbolu 90-cı illərdə öz "Qızıl dövru"nu yaşayırdı.Yuventus,Milan,İnter kimi nəhənglərlə bərabər Roma,Latsiyo,Napoli,Sampdoriya,Torino,Fiorentina,Parma kimi klublarda "Skudetto" üçun yarışırdı.Həmçinin avrokuboklardada İtaliya klublarının hegemonluğu açıq aşkar hiss olunurdu.Təxminən 15 il muddətində hər il hansısa bir avrokubokun finalında ən azı bir İtaliya klubu olurdu.Hətta bəzən iki İtaliya klubu bir-birinə rəqib olurdu.1988-2000-ci illər ərzində üst-üstə 35 dəfə (!) İtaliya klubları bütun avrokuboklarda finala çıxmış bunların 21-də isə qalib olmuşdular.Bu 12 ildə 7 dəfə (!) Avrokuboklarda İtaliya finalı baş tutmuşdu.Çempionlar Liqasında isə ilk dəfəydiki iki İtaliya klubu bir-birinə rəqib olurdu.Gəlin indisə finalçıların finala gedən yoluna baxaq.Əvvəla başlayaq çempion Milandan.Hələ 2001/02 mövsumunun ortalarında Fatih Terimlə yollarını ayıran kluba Yuventusda elədə uğurlu olmayan Ançelotti gətirilir.Qeyd edəkki Yuventus Ançelottiyə qədər 2 il ardıcıl Skudetto qazanmış və 3 il ardıcıl Çempionlar Liqası finalı oynamışdı və Ançelottinin məşqçiliyi dövrundə Yuve bunlara həsrət qalır.Buna görə çoxları Ançelottinin Milanda uğursuz olacağını fikirləşirdi.Ancaq Milanla futbolçu kimi 2 dəfə Çempionlar Liqası finalı oynamış və karyerasını Milanda bitirmiş Ançelotti tezliklə komandanı toparlayır və komanda Çempionlar Liqasına vəsiqə verən 4-cu yeri tutur.Milan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçun pley-off mərhələsində Çexiyanın Slovan klubuna rəqib olur.İki oyunun nəticəsində hesab 2-2 olur və səfərdə vurulan qollara görə Milan qrupa vəsiqə qazanır.Bu cür çətinliklə qrupa düşən Milandan çoxları ciddi uğur gözdəmirdi.Qrup mərhələsində G qrupuna düşən Milan reytinqə görə bura 3-cu klub kimi düşmuşdu. Komanda Deportivo,Lans və Bavariya klublarına rəqib olmuşdu.İlk oyunda komanda evdə Lansı 2-1 məğlub edir,ardınca İspaniyada Deportivonu 4-0 Almaniyada isə Bavariyanı 2-1 məğlub edir.Növbəti oyundada Almanlara San-Siroda 2-1 hesabıyla qalib gəlir.


Beləcə qrupdan çıxışı təmin edən komanda digər iki oyunu uduzsada qrup birincisi kimi qrupdan çıxır.Növbəti mərhələdə isə artıq Milana ciddi bir klub kimi baxılırdı.Komanda C qrupunda ulduzlardan ibarət Real Madrid,Borussiya Dortmund və Lokomotiv Moskva klublarına rəqib omuşdu.İlk oyunda Şevçenkonun yeganə qoluyla Madrid klubuna qalib gələn Milanlılar ardıcıl olaraq Borussiya Dortmundu səfərdə,Lokomotiv klubunu isə həm evdə həmdəki səfərdə minimal hesabla məğlub edir.Beləcə ardıcıl 4 oyunu udaraq qrupdan çıxışını təmin edən Milanlılar ilk qrup mərhələsindəki kimi son iki oyunu uduzur.Qrup lideri kimi 4/1 finala vəsiqə qazanan Milan burada Ayaksa rəqib olur.İlk oyun Hollandiyada baş tutur və tərəflər qolsuz heç-heçə edirlər.Cavab göruşu isə çox dramatik keçir.Oyunun əsas vaxtı 2-2 hesabıyla bitir bu hesabla Ayaks mərhələ adlayırdı,ancaq artırılma dəqiqələrdə Milanın yeni transferi Tomasson səhnəyə çıxır və Milanın qələbə qolunu vurur.Komanda Ayaksla çətin oyunlardan sonra yarımfinala çıxır.Bu zaman azarkeşlər Milan derbisinin şahidi olurlar.


Bu mərhələdə "Rossonyeri"əri, Toldonun qeyri-adi seyvləri və Vyerinin qollarıyla Valensiyanı keçmiş İnter gözləyirdi.İlk oyunda nominal meydan sahibləri Milan tərəfi olur və 7 may 2003-cu ildə Valentin İvanovun idarə etdiyi oyun 0-0 hesabıyla bitir.Cavab oyunu 13 may tarixində baş tutur və Milanın Şevçenkoyla vurduğu qola İnter Martinsin qoluyla cavab verir.Beləcə cavab oyunu 1-1 bitir və səfərdə vurulan qollarla Milan finala çıxır.

    Digər finalçı Yuventus isə Çempionlar Liqasına İtaliya çempionu kimi vəsiqə qazanmışdı.Seria A-da 2001/02 mövsumundə Romanı 1 xal qabaqlayan Yuventus Çempionlar Liqasının ilk qrup mərhələsində E qrupuna duşur.Burada "Qoca Sinyora"nın rəqibləri Nyukasl,Dinamo Kiyev və Feyenord klubları olur.Turinlilər ilk oyunda Hollandiyada Feyenordla 1-1 hesablı sülhə razılaşır.Ardınca isə Dinamonu 5-0 , Nyukaslı isə 2-0 hesabıyla məğlub edir.Turinlilər dörduncu oyunda səfərdə Nyukasla 1-0 hesabıyla məğlub olsada Feyenordu 2-0 Dinamonusa 2-1 udaraq 13 xalla qrup lideri kimi ikinci qrup mərhələsinə vəsiqə qazanır.


Bu mərhələdə Yuvenin rəqibləri Mançestr Yunayted,Deportivo və Bazel klubları olur.Bu mərhələdə Yuventus çox çətinliklə üzləşir.Turinlilərin ilk oyunu İspaniyada Deportivoyla olur və oyunun 11-ci dəqiqəsində Deportivo 2-0 hesabıyla önə keçir.Ancaq Brindelli və Nedvedin qollarıyla "Qoca Sinyora" 1 xal qazana bilir.İkinci göruşdə Bazel 4-0 hesabıyla darmadağın edilir.Üçuncu oyunda Yuventus İngiltərəyə səfər edir və Mançestr Yunaytedə 2-1 hesabıyla məğlub olur.Komandalar bir həftə sonra Turində üz-üzə gəlirlər.Turinin "Delle Api" stadionu tam dolur,ancaq azarkeşlər Yuventusun qələbəsini yox Veron və Giqqzin super oyunun şahidi olurlar.Öz dövrundə İtaiya kublarının diqqətini çəkməmiş və İtaliyada oynamamış tək-tük futbol ustalarından olan Giqqz sanki bütun İtaliyaya necə güclu futbolçu olduğunu göstərirdi.Oyunun 8-ci dəqiqəsində Forlan zədələir və onun əvəzinə meydana Giqqz çıxır.Ardınca futbolçu iki qol vurur.Oyunun 63-cu dəqiqəsində Yuve mudafiyəçilərinin səfindən istifadə edən Nisterloy Mançestrin üçuncu qolunu vurur və Yuventus bu oyunu 0-3 hesabıyla uduzur.Bu oyundan sonra çoxları İtaliyada birinci yerdə olan Yuventusun əsas məqsədinin "Skudetto" olduğunu və Çempionlar Liqasına ciddi yanaşmadığını fikirləşir.Növbəti oyunda Yuve yenidən Turində oynayır və rəqib Deportivo klubu olur.Klub üçun əsas "Skudetto"nun olduğunu fikirləşdiyinə görə oyuna azarkeşlərin marağı çox az olur.


Oyunun əsas vaxtı 2-2 hesabıyla bitir,hakim oyuna 3 dəqiqə artırır bu zaman Turinlilərin mudafiyəçisi Tudor səhnəyə çıxır və "Qoca Siyora"ya həyat verən qolu vurur.Növbəti oyunda səfərdə Bazellə qarşılaşan Turinlilər Bazelə 2-1 hesabıyla məğlub olur.Bu mərhələnin oyunları bitdikdən sonra qrupda maraqlı vəziyyət yaranır.Mançestr Yunayted 13 xalla qrup birinciliyini təmin edərək qrupddan çıxmışdı.Digər 3 komanda isə hərəyə 7 xal toplamışdılar.Ancaq top fərqinə görə Yuventus Bazel və Deporu qabaqlayır.Qrupdan çətinliklə çıxan Yuventus 4/1 finalda Barselonaya rəqib olur.İlk oyun Turində keçirilir və 1-1 hesabıyla nəticələnir.Cavab göruşu isə çox dramatik keçir.Mövsum boyu Çempionlar Liqasında Yuveni təkbaşına daşıyan Nedved 53-cu dəqiqədə 6 Barselonalı oyunçunun arasından hesabı açır.Ancaq Barsanın cavabı özunu çox gözlətmir və Xavi cavab qolunu vurur.Davidsin 79-cu dəqiqədə meydandan qovulmasından sonra Barselona oyunda üstunluyu ələ alır ancaq Buffonun bir neçə epizodda əla reaksiyası hesabı dəyişməyə imkan vermir və oyunda əlavə vaxt oynanılır.Bu zaman Zalayetta Yuventusun qələbə qolunu vurur və Turinlilər yarımfinala vəsiqə qazanır."Qoca Sinyora"nı bu mərhələdə ulduzlardan ibarət Real Madrid gözləyirdi.İlk oyunda Madriddə Real Ronaldo və Roberto Karlosun qollarıyla 2-1 hesabıyla qələbə qazanır.Cavab oyununda isə dunya Nedvedin gözəl oyununun və Lippinin Yuventusunun ulduzlardan ibarət Realı qollarla çırpmasının şahidi olurlar.Trezeqe və Del Pyeronun qollarıyla Yuventus ilk hissəni 2-0 öndə bitirir.İkinci hissədə isə Yuvenin lideri Nedved 3-cu qolu vurur.Artıq bütun dunya heyrət içindədi Zidan,Fiqo,Yerro,Maknaman kimi ulduzlar Nedvedin kölgəsindədilər və qrupdan çətinliklə çıxan Yuventus yarımfinalda "Qalaktikos"u 3-0 hesabıyla darmadağın edir.


Oyunun 82-ci dəqiqəsində komandanı yarımfinalacan gətirən və artıq finala çıxışını təmin edən Nedved sarı vərəqə alır və finalı buraxmış olur.Ues Mayerin sarı vərəqəsindən sonra diz çökərək göz yaşlarını saxlaya bilməyən Nedvedin şəkli uzun muddət qəzet manşetlərini bəzəyir.Oyunun davamında Zidanın 89-cu dəqiqədə vurduğu qol Madridliləri məğlubiyyətdən xilas etmir və finala Yuventus vəsiqə qazanır. 
   İndisə keçək finala.İki İtaliya klubu oynayırsa deməli meydanda əsil taktiki mubarizə gedəcək.Onuncun komandaların taktiki düzuluşunu xatırlayaq.Hər iki komanda meydana oxşar taktiki düzuluşlə çıxır.Ançelotti həmişəki kimi 4-3-1-2 taktikasından istifadə edir.Lippi isə meydana 5 mudafiyəçi buraxsada mövsum boyu istifadə etdiyi standart  briliant 4-4-2 taktikasına sadiq qalır.Qeyd edəkki meydanda oyunboyu Nedvedin yeri görunur.Milanın üstunluyuylə keçən oyunda Yuve azarkeşləri mənlə razılaşarki Lippi sanki əvvəlcədən oyunu penallaşmaya qədər uzadırdı.Oyunun əsas və artırılma dəqiqələri 0-0 hesabıyla bitir.Oyunsonrası penallaşmada isə Milanlılar 3-2 hesabıyla qələbə qazanaraq 6-cı kuboklarını qazanırlar.Yuventus isə ardıcıl 3-cu finalını uduzur.