18.7.15

Dunyanın ən gözəl qapıçı qurtarışı.

Yəqinki hər bir futbol azarkeşinin dunyanın ən gözəl qolunun və qapıçı qurtarışının hansı olması haqda öz fikirləri var.Gözəl qollar demək olarkı hər gün dunyanın muxtəlif yerlərində vurulur və bu qollar çox populyardır.Qapıçı qurtarışları isə bu gözəl qolların bir qədər kölgəsində qalır.Ancaq bu gün mən sizə bir qapıçı qurtarışını göstərəcəmki bu qurtarış dunyada əksər gözəl qolları kölgədə qoyur.Bəlkədə çoxunuz bu qurtarışı görməmisiniz,bəzilərinizsə görmusuz və hələdə xatırlayırsınız.Bu qurtarışı görən çətinki onu unutsun.Bu qurtarış Çempionlar Liqasının 2001/02 mövsumunun birinci qrup mərhələsinin F qrupunda keçirilmiş Barselona - Lyon oyununda baş verib.Bu qurtarışı edənsə Lyonun qapıçısı Qreqori Kupedir.Aşağıda həmən anın videyosu var.Buyurun baxın.


15.7.15

Almaniya çempioatının XX əsrdə ən çox yadda qalan oyunu!

Futbol tarixində muxtəlif hesabda çoxlu oyunlar olub.Çox zaman bu oyunların hesabları gözlənilən olsada bəzən heç kimin gözləmədiyi hesablar qeydə alınır.Bunun özudə futbola bir gözəllik verir.Belə gözlənilməz hesabla bir nəticə isə Təxminən 38 il əvvəl Almaniyada qeydə alınıb.Gəlin birlikdə bunu xaırlayaq.
     Almaniya çempionatının 1977/78 mövsumundə sona 1 tur qalmış Köln və Borussiya Münhenqladbax komandaları 45 xal toplamışdılar.Top fərqində Köln klubu Borussiyanı 10 top fərqiylə qabaqlayırdı.Borussiya Munhenqladbax klubu çempion olmaq üçun bu 10 topluq fərqi aradan qaldırmalıydı.Son turda Münhenqladbax klubu ev oyunlarını keçirdiyi stadion təmir olunduğundan Dortmund Borussiyası ilə olan oyununu Dusseldorf şəhərində keçirirdi!Komandanı dəstəkləmək üçün Münhenqladbaxdan 38 000 azarkeş gəlir!Köln klubu isə Sankt Pauli ilə oynayır!Beləcə Düseldof şəhər stadionunda 29 aprel 1978-ci ildə bu oyun başlayır.Oyunun elə 1-ci dəqiqəsində sol ciahdan öturulən topu Yupp Haynkes başla qapıdan keçirir.Oyunun 12-ci dəqiqəsində Haynkes ikinci,ondan 1 dəqiqə orasa Nelsen ucunçu qolu Dortmundluların qapısından keçirir.Munhenqladbaxlılar ardınca daha 9 qol vururlar.Beləcə onlar oyunu 12-0 hesabıyla udurlar. Ancaq eyni zamanda keçirilən oyunda Köln klubununda 3-0 qələbə qazanması möcuzənin baş verməsinə imkan vermir və çempion Köln olur!Ancaq bu oyun tarixə Almaniya çempionatında baş tutmuş ən böyuk hesablı qələbə kimi düşür!Həmçinin Dortmundluların baş məşqçisi Otto Rehagel istefa verir.Dortmundluların qapıçısı Peter Endrulat isə o zamanın ən yaxşı qapıçılarından biri sayılsada bu oyundan sonra ulduzu sönur!



13.7.15

Kaldonodan olan bəxtsiz qəhrəman Fantasista...

     18 fevral 1967-ci ildə İtaliyanın Kaldona komunasında nəinki buranın 5 minlik əhalisindən həmdə dunyada hər kəsdən fərqli olacaq bir uşaq doğulur.Atası ona Yuventusun futbolçusu Roberto Beteqqinin şərəfinə Roberto adını qoyur!Bu uşaq böyuyur , milyonların sevimlisi, ümidi və milyonların ümidini öldurən bir insana çevrilir...  Bəlkədə o yeganə insandırki onun adı gələndə Maradona yoxsa Pelenin güclu olması söhbəti kəsilərdi.Bu söhbəti kim kəsə bilər?Əlbəttəki Roberto Bacco... Gəlin onun qeyri-adi karyerasını birgə gözdən keçirək.




Kaldonadan Florensiyaya gedən yol (1967-90)

Velosiped təmirçisinin oğlu kimi dunyaya gələn , ancaq peşə kimi futbolu seçən Roberto 9 yaşından futbolla məşğul olmağa başlayır.15 yaşında o artıq aylıq 2000 dollar maaşla "Viçentsa" klubunun futbolçusu idi.Viçentsanın heyətində "Seria C"də göstərdiyi gözəl oyunla İtaliyanın bir çox klublarının diqqətini çəkən Bacconu bir çox klubların skautları izləməyə başlayır.Sampidoriya, Torino və Yuventus kimi nəhənglərin diqqətini cəlb edən oyunçunu , əfsanəvi ekspert Barend Krauçun sayəsində Fiorentina 1985-ci ildə 1.5 milyon dollara transfer edir. Yeri gəlmişkən deyimki bu Krauç o insan idiki Batistuta,Skilaççi kimi oyunçuları kəşf eləmişdi.Lakin hələ "Viçentsa"da dizindən aldığı zədə Fiorentinada futbolçuya problemlər yaradır.Fiorentinada keçirdiyi ilk mövsumdə zədə səbəbindən "Seria A"da meydana çıxa bilməyən Bacco 21 sentyabr 1986-cı ildə "Seria A"da debut edir və Florensiyada hər kəsin sevimlisinə çevrilir.Lakin dekabrda yenidən ağır zədələnir.Bu zaman həkimi onun bir daha futbola dönə bilməyəcəyini deyir.Az sonra komandaya baş məşqçi kimi gələn Sven Qoran Erikson bu cur zədəsi olan oyunçunun ona lazım olmadığını bildirir.Ancaq klubun prezdenti Bacconun oyununa heyran olduğu üçun onunla muqaviləi pozmur və onu komandada saxlayır.Ancaq Bacco o zədədən sonra futbola dönur və  10 may 1987-ci ildə "Seria A"da ilk qolunu Napolinin qapısına cərimə zərbəsindən vurur. Növbəti il isə gözəl mövsum keçirərək ümumilikdə 34 dəfə meydana çıxır.Artıq Fiorentinanın heyətində olan Bacco-Bortonovo tandemi İtaliyada ən güclu hucum tandemlərindən biri idi.Növbəti 2 mövsumdə Bacco üçun çox uğurlu olur.1990-cı ildə komandasını UEFA kubokunun finalınacan aparır.Ancaq burada başqa bir İtaliya nəhəngi Yuventusa 2 oyunun nəticəsinə görə məğlub olurlar!

Qızıl Dövr (1990-94)

       Az sonra Yuventus o dövr üçun rekord məbləğ olan 19 milyon dollara Bacconu Fiorentinadan transfer edir.Ancaq bu transfer həm böyuk pullara həmdə Fiorentina azarkeşlərinin etirazına görə çox böyuk ajotaj yaradır.Florensiyada 5 il qəhrəman olan futbolçu artıq tiffozinin düşməninə çevrilmişdi.Bu transferə görə əvvəlcə kluba etiraz edən Florensiyalı tiffozilər 3 gün komandanın bazasını muhasirədə saxlayırlar.Hətta polisin mudaxiləsi belə azarkeşləri dağıtmır.Sonra azarkeşlər Bacconun məşq elədiyi İtaliya yığmasının bazasını əhatəyə alırlar.Polislə azarkeşlər arasında yaranmış insident nəticəsində 10-larla azarkeş yaralanır.Bu proseslərdən sonra Bacco İtaliya milli yığmasının heyətində Dunya Çempionatında iştirak etməyə başlayır.Vətəndə keçirilən bu çempionatda İtaliya yığması əsas favorit sayılırdı.

Ancaq gözləntilərin əksinə olaraq bu çempionat İtalyanlar üçun elədə uğurlu olmur.Gənc Bacco bu çempionatda 2 dəfə fərqlənir.Heçdə uğurlu olmayan Dunya Çempionatından sonra Bacco Yuventusda yaxşı mövsum keçirir.Futbolçu dunyanın ən çətin çempionatı sayılan "Seria A"-da 14 qol və 12 qol pası verir.Ümumilikdə isə Yuventusda keçirdiyi ilk mövsumdə 27 dəfə fərqlənir.Roberto Bacconu karyerasında ən uğurlu zaman elə Yuventusda keçirdiyi 5 mövsumdur.Bu illər ərzində Bacco UEFA kubokunu,İtaliya Çempionluğunu və İtaliya kubokunu qazanır.Həmçinin 1993-cu ildə "Qızıl Topa"a sahib olur.İlk 4 mövsumdə Yuvenin heyətində karyerasının ən gözəl günlərini yaşayır və nəhayət zaman gəlib çatır uğursuz 1994-cu ilə.
Roberto Bacco 1994-cu ildə Yuventusda olduğu son 4 ildə skudettoya ən yaxın olduğu mövsumu keçirir.Sonda Milana 3 xallıq fərqlə məğlub olaraq ikinci yeri tutur.Sanki bundan sonra bu il ikinci olmaq onun alın yazısına çevrilir.Skudetto uğrunda ağır mubarizədən sonra ABŞ-da Dunya Çempionatı başlayır və İtaliya yığması bu çempionata yeni gəncləşdirilmiş heyətlə yollanır.Çoxları Arriqo Sakkinin yığdığı bu heyətdən heç bir uğur gözləmirdi.İtaliya yığması ilk oyundaca İrlandiyaya 0-1 hesabıyla məğlub olur.Ardınca 1 qələbə qazanıb 1 heç-heçə edən İtalyanlar qrupda 3-cu yeri tutur.O zaman qruplarda 3-cu yeri tutan 6 komanda əlavə bir vizual qrupda yarışırdı və 4 ən yaxşı nəticə göstərən komanda 8/1 finala vəsiə qazanırdı.Bu zaman zəif İtaliya yığması ən yaxşı 3-culərin sırasında 4-cu yeri tutaraq 8/1 finala vəsiqə qazanır.Məhz bu mərhələdə dunya əsl Bacconu görur.8\1 finalda Nigeriyayla üzləşən İtalyanlar oyunun 88-ci dəqiqəsinə qədər 0-1 hesabıyla geridə olur.Hətta oyunu şərh edən futbol kralı Pele artıq İtalyanların məğlub olduğunu deyir.Bu zaman Roberto Bacco səhnəyə çıxır və əvvəlcə 88-ci dəqiqədə komandasının bərabərlik qolunu vurur,ardınca isə uzatma dəqiqələrində ikinci qolu vuraraq komandasını 4/1 finala çıxardır.Burada İtaliya İspaniyaya rəqib olur və bu dəfədə Bacconun 88-ci dəqiqədə vurduğu qol komandasını yarımfinala çıxardır.Bu mərhələdə isə İtalyanları Stoiçkovun lider olduğu Bolqarstan komandası gözləyirdi.Bu oyundada Bacco iki qol vurur və oyunun 71-ci dəqiqəsində zədələnərk meydanı tərk edir.Beləcə 3 pley-off oyununda 5 qol vuran fantasista komandanı finala çıxardır.


Dunyanın susduğu an 

Finalda "Skuadra Azurranı" Brazilya yığması gözləyirdi.Zədəli olmasına baxmayaraq Bacco bu oyundada iştirak edir.Ancaq 120 dəqiqə ərzində Brazilyanın sıx mudafiyəsini yara bilmir və oyunun əsas vaxtı 0-0 olur.Artırılma dəqiqələindədə heç kim fərqlənmir və oyundan sonra 11 metrlik cərimə zərbələri təyin olunur."Samba"çılar 4 cəhddən 3-nu İtalyanlar isə 4 cəhddən 2-ni dəqiq yerinə yetirirlər.Beləcə növbə Baccoya çatır.Bütun dunya 1 anlıq sükuta qərq olur və hər kəsin diqqəti BAccoya yönəlir.Fantasista qapıçı Taffareli sağa topu isə sol yuxarıya vurur və yenədə bir anlıq sükut və Brazilyalı oyunçuların sevinc çığırışı,qucaqlaşması və Bacconun quruması.Eyni zamanda isə bütun İtaliya və Bacco azarkeşlərinin susması!Bütun kameralar Baccoya yönəlir bütun televiziyalarda Brazilyanın qələbə sevincindən çox Barezzinin Baccoya ürək-dirək verməsi kadrları yayılır.Bəlkə yeganə mundialıydıkı çempionun sevincindən çox uduzan komandanın bir üzvunun məyusluğu televiziyalarda göstərilirdi.Ancaq artıq olan olmuşdu.Zəif İtaliya yığmasını heç kimin gözləmədiyi halda təkbaşına finala çıxaran Bacco son anda vacib olan qolu vura bilməmişdi.Hətta sonralar bu çempionatı canlı izləyən Pele "Bacco o qolu vura bilsəydi,bu gün futbolun kralı o idi" deyir.Bir həftədə bu qədər iş görən oyunçunun bir anda bu cür şansızlıq yaşaması Baccoya çox pis psixoloji təsir edir.Xarakter cəhətdən özunə qapanan insan olan Bacconun bu hadisədən sonra karyerasında eniş başlayır.Bu enişə Mundialdakı şansızlıqdan sonra futbolçunun İtaliyada görduyu təzyiqlərində təsiri olur.

Yuventusdakı son mövsum və Berluskoninin Milanı (1994-97) 

Evə dondukdən sonra Bacco üçun daha çətin olur.Özunə qapalı
Roberto Bacco mundialdakı şansızlığı özunə dərd edir.Bir tərəfdəndə medianın təzyiqi və "o an nə oldu?" sualı Robertonu çox sıxır.Həmçinin azarkeşlərin sual dolu baxışları və zədələndikdən sonra Yuventusdakı vəziyyətin birdən birə dəyişməsidə futbolçunun enişinə təsir edir.Sonralar futbolçunun özunun dediyi kimi o hər şeyi unutmaq üçun bu anları ancaq ov etməklə keçirirmiş.Mundialdan sonra Yuventusda əfsanəvi Trappı Neapoldan gəlmiş Lippi əvəz edir.Don Marçelonun ilk gündə "Baccodan azad olmuş komanda" yaratmaq istədiyini deməsi Bacconun Yuvedəki vəziyyətinin yaxşı olmayacağını göstərirdi.O zaman "Sarı pressa"nın yaydığı xəbərlərə görə Bacco Yuventusun prezdentinin arvadı Marella Anyelliyə rədd cavabı verdiyi üçun Yuventusdakı karyerası bu cür sonluqla bitir.Hətta Baccoyla xanımı arasında yaranmış problemə görə klub prezdentinin ona "İslanmış dovşan" dediyi xəbəridə yayılır.Bütun bunlar "Sarı Pressa"nın təsdiqlənməmiş şəyələriydi.Fakt isə o idiki Lippi Bacconu sevmir və onu Yuventusda görmək istəmirdi.Bu zaman Bacconun zədələnməsidə onun ikinci planda olan oyunçuya çevrilməsinə səbəb olmuşdu.Ancaq Bacco zədəli haldada əvəzetmədən meydana daxil olsada həmən mövsumu məhsuldar keçirdir.Seria A-da meydanda olduğu 17 oyunda 8 qol və 8 məhsuldar öturməylə yadda qalır.Ancaq bu cür məhsuldarlıq belə Lippinin Baccoya olan munasibətini dəyişmir.Bir tərəfdəndə komanda daxilində Bacconun paxıllığını çəkən oyunçular Lippinin Baccoya qarşı olan nifrətindən istifadə edirlər.O zamanın azarkeşlərinə yaxşı məlumdurki əksər komanda yoldaşları Bacconu xoşlamır çox zamansa onun uğurlarını qısqanırdılar.Bu haqda dəfələrlə İtaliya və dunya mətbuatında yazılar yazılıb.Çempionatın ortalarında Bacconu özundən çıxaran daha bir xəbər yayılır beləki Lippi Bacconu izləmək üçun oyunçulara tapşırıq verir.Beləcə İtaliya və dunya futbolunda əvəzsiz işlər görmuş Dahi Lippi başqa bir dahinin əfsanə Bacconun kareyrasında çökuşunun əsasını qoyur.Bütun bunlara rəğmən Bacco karyerasında ilk skudettonu məhz Lippiylə birlikdə 1995-ci ildə qazanır.Ümumiyyətcə Bacconun Yuventus karyerası klubun rəngləri kimi "ağ-qara" idi.Əgər ilk 4 mövsumu "ağ" saysaq sonuncu mövsumu "qara" xəttə aid eləmək olar.1994/95 mövsumu bitdikdən sonra komanda Baccoya aldığı əməkhaqqının 3/1 hissəsində maaşla muqavilə təklif edir.Ancaq Bacco buna etiraz edir bu zaman Berluskoni bütun imkanlarından istifadə edərək futbolçunu Milana gətirir.Bu zaman mediyada Baccoya qarşı yeni təzyiq başlayır və onu "pulgir" olmaqda gunahlandırırlar.Bəlkədə Bacconun karyerasında ən uğursuz dönəm məhz Milanla bağlıdır.Burda onu digər bir məşqçi Kapello gözləyirdi.O zaman Milan heyətində Corc Vea,Saviçevic,Di Kanio,Boban,Marko Simone kimi oyunçuların olduğu bir komandaydı.Bacco isə şubhəsiz Kapellonun yox Berluskoninin istəyiylə alınmış bir futbolçuydu.Buna görə Kapellonun sevmədiyi Bacco Milanda ehtiyat oyunçuya çevrilir.

Növbəti mövsum isə Kapello Reala yollanır.Don Fabionu bir muddətlik Uruqvaylı Tabarez ardıncasa Corc Morini əvəzləyir.Sonda Sakki baş məşqçi postuna gətirilir.Sakki isə Bacconun ona lazım olmadığını bildirir.

Bolonyada ikinci cavanlıq (1997-2000)

1997-ci ilin yayında Bacco Milandan ayrılır.Bu zaman futbolçuya Avropanın əksər top komandalarından təkliflər gəlir.Ancaq futbolçu yığma komandaya daha rahat düşmək üçun xaricə getməyərək Bolonya klubuyla muqavilə imzalayır.Ortabab İtaliya klubunda tam sərbəstlik görən Bacco ikinci gəncliyini yaşayır."Seria A"-da meydana çıxdığı 30 oyunda 22 qol və 6 məhsuldar öturməylə yadda qalan Roberto bombardirlər yarışında Batistuta,Del Pyero,Montella,İnzaqi kimi hucumçuları qabaqlayaraq üçuncu olur.Bolonya klubu isə 8-ci yeri tutaraq uzun fasilədən sonra avrokuboklara dönur.Mövsum bitdikdən sonra Fransada təşkil olunana dunya çempionatı başlayırdi.Bacco üçun əsas prioritet olan məsələ İtaliya yığmasıyla bu çempionatda iştirak etmək idi.Milyonların sevimlisi olan Bacco bunu öz oyunuyla haqq etmişdi.Ancaq "Skuadra Azurra"nın baş məşqçisi Çezare Maldini onu komandaya çağırmağa tərəddud edirdi.Ancaq media və azarkeşlərin təzyiqindən sonra Bacco yığmaya qoşulur.Ancaq buradada gənc Del Pyero Baccoya rəqib olur.Çezare Maldini ilk oyunda Baccoya şans versədə sonrakı oyunlarda seçimini Del Pyero üzərində edir.Ancaq Del Pyero Baccodan çox şans qazansada bu mundialda fərqlənə bilmir.Əvəzində Bacco daga az oynayaraq iki dəfə fərqlənir.Bu iki qoldan birincisi İtaliya - Çili oyununda "Skuadra Azurra"nı məğlubiyyətdən xilas edir.İkinci qol isə Avstriya üzərində 2-1 hesablı qələbəyə qazanmağa kömək edir.İtaliya qrupdan ilk pillədə çıxır və 8/1 finalda Norveçə rəqib olur.Bu mərhələni Baccosuz keçən komanda 4/1 finalda ev sahibləri olan Fransaya rəqib olur.Yenədə start heyətində Bacco görunmur.İlk hissədə Fransadan üstun görunən İtaliya yığması ikinci hissədə o qədərdə fəal olmur.

Oyunun əsas vaxtının sonlarında meydana daxil olan Bacco ustalığını göstərir və oyun yenidən bərabərləşir.Oyunun əsas vaxtı 0-0 bitir.Uzatma dəqiqələrində isə yeganə təhlukəli vəziyyəti məhz o yaradır.İnzaqinin öturməsindən sonra 2 mudafiəçinin arasından ustalıqla çıxan Bacco topu Bartezin gözu qabağından qapıya göndərir.Heç kimin gözləmədiyi vəziiyətdə top inanılmaz formada fırlanaraq qapı tirinə dəyib geri qayıdır.Bu həmdə oyunun uzatma dəqiqələrində yeganə təhlukəli vəziyyət olur.Oyunu əsas vaxtı kimi uzatma dəqiələridə 0-0 hesabıyla başa çatır.Komandalar qalibi muəyyənləşdirmək üçun 11 metrlik cərimə zərbələrini yerinə yetirirlər.İlk olaraq zərbə vurmaq huququ qazanan Fransa yığmasından Zidan dəqiq zərbə vurur.Zərbə vurmaq növbəsi İtaliyaya keçir və budur əfsanə Bacco İtaliyanın ilk zərbəsini vurmaq üçun 11 metrlik nöqtəyə yaxınlaşır.Yəqinki o an bütun azarkeşlər 4 il əvvəlki finalı xatırlayır.Kameralar Bacco və Çezare Maldinini ardıcıl olaraq iki dəfə göstərirlər ardınca Bacco Bartezin qoruduğu qapıya zərbəni vurmaq üçun topa yaxınlaşır ani bir sükut və budur Bartez yerdə uzanıb top isə qapının sol küncundədir və İtaliyalı azarkeşlərin sevinc qışqırıqları.Ancaq hadisələrin davamında İtaliya yığması iki qeyri-dəqiq zərbə vurur və oyundan Fransa yığması qalib ayrılır.Fransalı futbolçuların sevinci və İtaliyalı futbolçuların kədəri arasında rejisorlar dunyaya bir kadrı göstərirlər.Qeyri-dəqiq zərbələrdən birinin muəllifi olan Albertinini Bacco sakitləşdirir.Axı Albertinin kədərini orda Baccodan yaxşı kim başa düşə bilərdi...
Heçdə pis keşməyən bu mövsumdən sonra Baccoya yenədə çoxlu təkliflər gəlir ancaq İnter hamıdan cəld tərpənərək futbolçunu sıralarına qatır.Heyətində Ronaldo,Zamarona və çox prespektivli gənc Ventola kimi hucumçuları olan İnterdə Bacco ilk mövsumu pis keçirmir.İnterdə baş verən tez-tez məşqçi dəyişikliyinə görə zəif oynayan komanda "Skudetto" uğrunda mubarizədə 8-ci yeri tutur.Bacco isə "Seria A"-da meydana çıxdığı 26 oyunda 5 qol və 10 məhsuldar öturməylə yadda qalır.

Avrokuboklarda isə 6 oyuna 4 dəfə fərqlənir. Növbəti mövsumdə isə komandaya Bacconun köhnə tanışı Lippi gəlir.Dərhal komandada yeni transferlər baş tutur.Lippinin bəyənmədiyi gənc Ventola Bolonyaya keçir.Komandaya Vyeri,Rekoba,Mutu kimi hücumçular və hücumameyilli xavbek Zeedorf qoşulur.Lippinin
bəyənmədiyi Roberto yenidən ikinci plana keçir.Lippinin 19 oyunda şans verdiyi Bacco 6 qol və 3 asistliklə yadda qalır.Sonralar Bacco avtobioqrafiyasında bu dövru xatırlayarkən "İnterdə Lippinin arxasınca danışan futbolçuların adlarını Lippiyə demədiyinə görə məşqçi onu İnterdə görmək istəmədiyini" qeyd edir.

Breşiyada çox gecikmiş göruş(2000-04)

Mövsum bitincə İnterdən ayrılan əfsanəni Breşiyanın prezdenti Luici Korioni komandasına dəvət edir.İtaliya futbolunun ağsaqqalı sayılan Karlo Matsonenin Breşiyaya məşqçi təyin olunması futbolçunun Breşiyaya keçməsinin əsas səbəbi olur.Bu keçid futbolçunun həyatında böyuk dəyişiklik yaradır.Əsl ata və oğul munasibətində olduğu Matsone Bacconun özunu yenidən təsdiqləməsinə kömək olur.O zaman bu iki insanın şəklini uz qabığı edən La Gazette dello Sport "Kaşki illər öncə göruşərdiniz..." başlığıyla çıxır.Hər zaman məşqçilərlə problemləri olan Bacco üçun Matsone Breşiyada hər cür şərait yaradır və hər zaman ona inanır.Breşiyada Bacconun özununun qeyri-adi futbolçu olduğunu elə ilk mövsumdədə göstərir.Breşiyada ilk qolunu Fiorentinayla oyunda dubl etməklə vurur.Ardınca isə Leççe ilə oyunda gözəl 2 qol vurur.Əvvəlcə 3 oyunçunu gözəl fintlə keçərək baxımlı qol vuran futbolçu,ardınca kunc zərbəsindən topu birbaşa qapıya göndərir.Ümumilikdə 2000\01 mövsumundə "Seria A"da 25 oyunda 10 qol vurub 10 asistlik edir.
Ancaq futbolçu 2001/02 mövsumundə çox ağır zədələnir.Hətta 5 fevral 2002-ci ildə BBC kanalı futbolçunun karyerasını bitirdiyini açıqlayır , 4 gün sonra isə futbolçu özu bu fikrindən daşındığı haqqında məlumat verir.Həkimlər isə futbolçunun uzun muddət futboldan uzaq qalacağını,hətta 70-80 gün muddətində onun sərbəst gəzə bilməyəcəyini deyirlər.Ancaq qeyri-adi insan olan fantasista 60 gündən sonra martın 15-i futbola dönur.Bu dönuş azarkeşləri sevindirdiyi qədərdə həkimləri çox təcubləndirir!Zədələnsədə "Seria A"da  meydanda olduğu 12 oyunda 11 qol vurub 3 asistlik edirMövsum bitir və Roma klubu Bacconu istəyir.Ancaq o bu transferi qəbul etmir və 15 iyul 2002-ci ildə Breşiya ilə muqaviləsini 2 illik uzadır.İtaliya yığmasının heyətinə düşmək və 4-cu mundialında iştirak etmək üçun o dayanmadan öz uzərində işləyir.Yığma komandanın baş məşqçisi Trapattoni futbolçu formada olarsa onu çempionata aparacığını deyir.Məhz bu Bacconun o cür ağır zədədən dönub əvvəlki formasını yığmasına səbəb olur.Ancaq Bacco növbəti dəfə növbəti məşqçidən ağır zərbə alır.Dunya çempionatına gedəcək heyyət açıqlanır ancaq Robertonun adı bu siyahıda yoxdur.Trapın onu aldatmağı Baccoya pis təsir eləsədə artıq o məşqçilərin onu qısqanmağına öyrəşmişdi.Mudial bitir və İtaliya Koreyaya uduzduqda sonra İtaliya mətbuatı yığmada Bacconun yerinin görunduyunu yazırlar.Ancaq artıq olan olmuşdu.Bacco növbəti və sonuncu dəfə yığma komandaya 2 il sonra 28 aprel 2004-cu ildə İspaniyayla oyunda çağrılır və "Skuadra Azurra"nın heyətində vida oyununu keçirir.Zaman gəlib çatır 16 may 2004-cu il tarixinə.Möhtəşəm San-Siroda baç tutan Milan-Breşiya oyunu Fantasistanın karyerasında sonuncu oyun olur.Oyunun 88-ci dəqiqəsində Matuzalemlə əvəzlənərək meydandan çıxan futbolçunu 80 min azarkeş ayaq üstə alqışlayır.Beləcə futbol dunyası daha bir dahisini yola salır.Breşiyada futbolçunun geyindiyi 10 nömrəli forma əbədiləşdirilir.

P.S: Meydandan kənar nuanslar!

Roberto Bacconun karyerası bir çox ulduz futbolçuların həsəd aparacağı qədər gözəl olub.Ancaq bu karyera onun potensialı qarşılığında bəlkədə çox uğursuzdur.Tez-tez olan ağır zədələr,məşqçilərlə olan problemlər və digər futbolçuların qısqanclığı olmasaydı yəqinki o futbol tarixinin gəlmiş getmiş ən güclu futbolçusu olardı.