Yəqinki klub səviyyəsində ən maraqlı turnir UEFA ölkələrinin çempionlarının yarışdığı UEFA Çempionlar Liqasıdır. İlk dəfə 1956-cı ildə təşkil olunan və 1992-ci iləcən UEFA Çempionlar Kuboku adlanan bu turnir 1992/93 mövsumundən başlayaraq UEFA Çempionlar Liqası adlanır. Bu günəcən ümumilikdə 60 dəfə, Çempionlar Liqası adı ilə isə 23 dəfə keçirilib. Gəlin bu turnirin Çempionlar Liqası adlanmasından sonra baş tutmuş ən yaddaqalan finallarını və finalçıların finala gedən yollarını yenidən xatırlayaq.
"Milan" - "Yuventus" finalı
Bəlkə də finalların sıralamalarını seçərkən ən çox əziyyət çəkdiyim və tərəddud etdiyim məhz hansından başlamaq idi. Çünki ilk haqqında yazacağım final sonrakı yazdıqlarımdan az maraqlı haqqında yazmadıqlarımdan isə çox maraqlı olmalıdı və eyni zamanda 3-4 finalı bura aid etmək olardı. Sonda onların içərisindən ən maraqlı olan 2002/03 mövsumunun finalını seçdim. Əlbəttə ki heyətində Kostakurta, Maldini, Nesta, Pirlo, Zeedorf, Qattuzo, Şevçenko, Rivaldo, Ruy Koşta, İnzaqi kimi
ulduzların olduğu "Milan"la, yarımfinalda "Qalaktikos"u məğlub etmiş "Yuventus"un 120 dəqiqəlik finalı əksər finallardan daha maraqlı və unudulmaz idi. Ancaq bu finalı maraqlı edən başqa səbəblərdə var idi. Digər maraqlı olan isə ilk dəfə Çempionlar Liqası finalında iki İtaliya klubunun qarşılaşması idi. Gəlin bir az İtaliya futbolunun son 20 ildəki vəziyyətinə baxaq. Ümumiyyətcə 80-cı illərin ortalarından başlayaraq sürətli inkişafa başlayan İtaliya futbolu 90-cı illərdə öz qızıl dövrunu yaşayırdı. "Yuventus", "Milan", "İnter" kimi nəhənglərlə bərabər, müxtəlif illərdə "Roma", "Latsio", "Napoli", "Sampdoriya", "Torino", "Fiorentina", "Parma" kimi klublar da "Skudetto" üçun yarışırdı. Həmçinin avrokuboklarda da İtaliya klublarının hegemonluğu açıq aşkar hiss olunurdu. Təxminən 15 il muddətində hər il hansısa bir avrokubokun finalında ən azı bir İtaliya klubu olurdu. Hətta bəzən iki İtaliya klubu bir-birinə rəqib olurdu.1988-2000-ci illər ərzində üst-üstə 35 dəfə (!) İtaliya klubları bütun avrokuboklarda finala çıxmış bunların 21-də isə qalib olmuşdular. Bu 12 ildə 7 dəfə (!) Avrokuboklarda İtaliya finalı baş tutmuşdu. Çempionlar Liqasında isə ilk dəfəydiki iki İtaliya klubu bir-birinə rəqib olurdu.
Bəlkə də finalların sıralamalarını seçərkən ən çox əziyyət çəkdiyim və tərəddud etdiyim məhz hansından başlamaq idi. Çünki ilk haqqında yazacağım final sonrakı yazdıqlarımdan az maraqlı haqqında yazmadıqlarımdan isə çox maraqlı olmalıdı və eyni zamanda 3-4 finalı bura aid etmək olardı. Sonda onların içərisindən ən maraqlı olan 2002/03 mövsumunun finalını seçdim. Əlbəttə ki heyətində Kostakurta, Maldini, Nesta, Pirlo, Zeedorf, Qattuzo, Şevçenko, Rivaldo, Ruy Koşta, İnzaqi kimi

Gəlin indi isə finalçıların finala gedən yoluna baxaq. Əvvəla başlayaq çempion "Milan"dan. Hələ 2001/02 mövsumunun ortalarında Fatih Terimlə yollarını ayıran kluba "Yuventus"da elə də uğurlu olmayan Ançelotti gətirilir. Qeyd edəkki "Yuventus" Ançelottiyə qədər 2 il ardıcıl Skudetto qazanmış və 3 il ardıcıl Çempionlar Liqası finalı oynamışdı. Ancaq Ançelottinin məşqçiliyi dövrundə Yuve bunlara həsrət qalır. Buna görə çoxları Ançelottinin "Milan"da da uğursuz olacağını fikirləşirdi. Ancaq "Milan"la futbolçu kimi 2 dəfə Çempionlar Liqası finalı oynamış və karyerasını "Milan"da bitirmiş Ançelotti tezliklə komandanı toparlayır və komanda Çempionlar Liqasına vəsiqə verən 4-cu yeri tutur. "Milan" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçun pley-off mərhələsində Çexiyanın "Slovan" klubuna rəqib olur. İki oyunun nəticəsində hesab 2-2 olur və səfərdə vurulan qollara görə "Milan" qrupa vəsiqə qazanır. Bu cür çətinliklə qrupa düşən "Milan"dan çoxları ciddi uğur gözdəmirdi. Qrup mərhələsində G qrupuna düşən "Milan" reytinqə görə bura 3-cu klub kimi düşmuşdu. Komanda "Deportivo", "Lans" və "Bavariya" klublarına rəqib olmuşdu. İlk oyunda komanda evdə "Lans"ı 2-1 məğlub edir. Ardınca İspaniyada "Deportivo"nu 4-0 Almaniyada isə "Bavariya"nı 2-1 məğlub edir. Növbəti oyunda da almanlar San-Siroda 2-1 hesabıyla məğlub edilir.
Beləcə qrupdan çıxışı təmin edən komanda digər iki oyunu uduzsa da qrup birincisi kimi qrupdan çıxır. Növbəti mərhələdə isə artıq "Milan"a ciddi bir klub kimi baxılırdı. Komanda C qrupunda ulduzlardan ibarət "Real Madrid", "Borussiya Dortmund" və "Lokomotiv Moskva" klublarına rəqib olur. İlk oyunda Şevçenkonun yeganə qoluyla Madrid klubuna qalib gələn milanlılar ardıcıl olaraq "Borussiya Dortmund"u səfərdə, "Lokomotiv" klubunu isə həm evdə həmdəki səfərdə minimal hesabla məğlub edir. Beləcə ardıcıl 4 oyunu udaraq qrupdan çıxışını təmin edən Milanlılar ilk qrup mərhələsindəki kimi son iki oyunu uduzur. Qrup lideri kimi 4/1 finala vəsiqə qazanan "Milan" burada "Ayaks"a rəqib olur. İlk oyun Hollandiyada baş tutur və tərəflər qolsuz heç-heçə edirlər. Cavab göruşu isə çox dramatik keçir. Oyunun əsas vaxtı 2-2 hesabıyla bitir və bu hesabla "Ayaks" mərhələ adlayırdı. Ancaq oyuna əlavə edilmiş dəqiqələrdə "Milan"ın yeni transferi Tomasson səhnəyə çıxır və "Milan"ın qələbə qolunu vurur. Komanda "Ayaks"la çətin oyunlardan sonra yarımfinala çıxır. Bu zaman azarkeşlər Milan derbisinin şahidi olurlar.
Bu mərhələdə "rossonyeri"əri, Toldonun qeyri-adi seyvləri və Vyerinin qollarıyla "Valensiya"nı keçmiş "İnter" gözləyirdi. İlk oyunda nominal meydan sahibləri "Milan" tərəfi olur və 7 may 2003-cu ildə Valentin İvanovun idarə etdiyi oyun 0-0 hesabıyla bitir. Cavab oyunu 13 may tarixində baş tutur və "Milan"ın Şevçenkoyla vurduğu qola "İnter" Martinsin qoluyla cavab verir. Beləcə cavab oyunu 1-1 bitir və səfərdə vurulan qollarla "Milan" finala çıxır.
Digər finalçı "Yuventus" isə Çempionlar Liqasına İtaliya çempionu kimi vəsiqə qazanmışdı. A Seriyasında 2001/02 mövsumundə "Roma"nı 1 xal qabaqlayan "Yuventus" Çempionlar Liqasının ilk qrup mərhələsində E qrupuna duşur. Burada qoca sinyoranın rəqibləri "Nyukasl", "Dinamo Kiyev" və "Feyenord" klubları olur. Turinlilər ilk oyunda Hollandiyada "Feyenord"la 1-1 hesablı sülhə razılaşır. Ardınca isə "Dinamo"nu 5-0 , "Nyukasl"ı isə 2-0 hesabıyla məğlub edir. Turinlilər dörduncu oyunda səfərdə "Nyukasl"a 1-0 hesabıyla məğlub olsa da
"Feyenord"u 2-0, "Dinamo"nu 2-1 udaraq 13 xalla qrup lideri kimi ikinci qrup mərhələsinə vəsiqə qazanır.
Bu mərhələdə Yuvenin rəqibləri "Mançestr Yunayted", "Deportivo" və "Bazel" klubları olur. Bu mərhələdə "Yuventus" çox çətinliklə üzləşir. Turinlilərin ilk oyunu İspaniyada "Deportivo" ilə olur və oyunun 11-ci dəqiqəsində "Deportivo" 2-0 hesabıyla önə keçir. Ancaq Brindelli və Nedvedin qollarıyla qoca sinyora" 1 xal qazana bilir. İkinci göruşdə "Bazel" 4-0 hesabıyla darmadağın edilir. Üçuncu oyunda "Yuventus" İngiltərəyə səfər edir və "Mançestr Yunayted"ə 2-1 hesabıyla məğlub olur. Komandalar bir həftə sonra Turində üz-üzə gəlirlər. Turinin "Delle Api" stadionu tam dolur, ancaq azarkeşlər "Yuventus"un qələbəsinin yox Veron və Giqqzin super oyunun şahidi olurlar. Öz dövrundə İtaiya kublarının diqqətini çəkməmiş və İtaliyada oynamamış nadir futbol ustalarından olan Giqqz, sanki bütun İtaliyaya necə güclu futbolçu olduğunu göstərirdi. Oyunun 8-ci dəqiqəsində Forlan zədələir və onun əvəzinə meydana Giqqz çıxır. Ardınca futbolçu iki qol vurur. Oyunun 63-cu dəqiqəsində Yuve müdafiəçilərinin səhvindən istifadə edən Nisterloy "Mançester"in üçuncu qolunu vurur və "Yuventus" bu oyunu 0-3 hesabıyla uduzur. Bu oyundan sonra çoxları İtaliyada birinci yerdə olan "Yuventus"un əsas məqsədinin "Skudetto" olduğunu və Çempionlar Liqasına ciddi yanaşmadığını fikirləşir. Növbəti oyunda Yuve yenidən Turində, bu dəfə "Deportivo klubu ilə qarşılaşır. Klub üçun əsas "Skudetto"nun olduğunu fikirləşdiyinə görə oyuna azarkeşlərin marağı çox az olur.

Oyunun əsas vaxtı 2-2 hesabıyla bitir, hakim oyuna 3 dəqiqə artırır bu zaman Turinlilərin mudafiəçisi Tudor səhnəyə çıxır və "Qoca Siyora"ya həyat verən qolu vurur. Növbəti oyunda səfərdə "Bazel"lə qarşılaşan turinlilər bu oyunda 2-1 hesabıyla məğlub olur. Bu mərhələnin oyunları bitdikdən sonra qrupda maraqlı vəziyyət yaranır. "Mançester Yunayted" 13 xalla qrup birinciliyini təmin edərək qrupddan çıxmışdı. Digər 3 komanda isə hərəyə 7 xal toplamışdılar. Ancaq, "Yuventus" top fərqinə görə "Bazel" və "Deportivo"nu qabaqlayır. Qrupdan çətinliklə çıxan "Yuventus" 4/1 finalda "Barselona"ya rəqib olur. İlk oyun Turində keçirilir və 1-1 hesabıyla nəticələnir. Cavab göruşu isə çox dramatik keçir. Mövsum boyu Çempionlar Liqasında Yuveni təkbaşına daşıyan Nedved 53-cu dəqiqədə 6 "Barselona"lı oyunçunun arasından hesabı açır. Ancaq Barsanın cavabı özunu çox gözlətmir və Xavi cavab qolunu vurur. Davidsin 79-cu dəqiqədə meydandan qovulmasından sonra "Barselona" oyunda üstunluyu ələ alır ancaq Buffonun bir neçə epizodda əla reaksiyası hesabın dəyişməsinə imkan vermir və oyunda əlavə vaxt oynanılır. Bu zaman Zalayetta "Yuventus"un qələbə qolunu vurur və turinlilər yarımfinala vəsiqə qazanır. Qoca Sinyoranı bu mərhələdə ulduzlardan ibarət "Real Madrid" gözləyirdi. İlk oyunda Madriddə "Real" Ronaldo və Roberto Karlosun qollarıyla 2-1 hesabıyla qələbə qazanır. Cavab oyununda isə dünya Nedvedin gözəl oyununun və Lippinin "Yuventus"unun ulduzlardan ibarət "Real"ı topla döyməsinin şahidi olurlar. Trezeqe və Del Pyeronun qollarıyla "Yuventus" ilk hissəni 2-0 öndə bitirir. İkinci hissədə isə Yuvenin lideri Nedved 3-cu qolu vurur. Zidan, Fiqo, Yerro, Maknaman kimi ulduzlar Nedvedin kölgəsindədilər və qrupdan çətinliklə çıxan "Yuventus" yarımfinalda qalaktikos "Real"ı 3-0 hesabıyla darmadağın edir.
Oyunun 82-ci dəqiqəsində komandanı yarımfinalacan gətirən və artıq finala çıxışını təmin edən Nedved sarı vərəqə alır və finalı buraxmış olur. Ues Mayerin sarı vərəqəsindən sonra diz çökərək göz yaşlarını saxlaya bilməyən Nedvedin şəkli uzun müddət qəzet manşetlərini bəzəyir. Oyunun davamında Zidanın 89-cu dəqiqədə vurduğu qol madridlilərə heç biur kömək etmir və finala "Yuventus" vəsiqə qazanır.
İndisə keçək finala. İki İtaliya klubu oynayırsa deməli meydanda əsil taktiki mubarizə gedəcək. Onun qçqn komandaların taktiki düzuluşunu xatırlayaq. Hər iki komanda meydana oxşar taktiki düzuluşlə çıxır. Ançelotti həmişəki kimi 4-3-1-2 taktikasından istifadə edir. Lippi isə meydana 5 mudafiəçi buraxsa da, mövsum boyu istifadə etdiyi standart briliant 4-4-2 taktikasına sadiq qalır. Qeyd edək ki meydanda oyunboyu Nedvedin yeri görunur. Milanın üstünluyu ilə keçən oyunda Yuve azarkeşləri mənlə razılaşar ki, Lippi sanki əvvəlcədən oyunu penallaşmaya qədər uzadırdı. Oyunun əsas və artırılma dəqiqələri 0-0 hesabıyla bitir. Oyunsonrası penallaşmada isə "Milan" oyunçuları 3-2 hesabıyla qələbə qazanaraq 6-cı kuboklarını qazanırlar. "Yuventus" isə, Çempionlar Liqasında ardıcıl 3-cu finalını uduzur.