Yəqinki klub
səviyyəsində ən maraqlı turnir UEFA ölkələrinin çempionlarının yarışdığı UEFA
Çempionlar Liqasıdır.İlk dəfə 1956-cı ildə təçkil olunan və 1992-ci iləcən UEFA
Çempionlar Kuboku adlanan bu turnir 1992/93 mövsumundən başlayaraq UEFA
Çempionlar Liqası adlanır.Bu günəcən ümumilikdə 61 dəfə , Çempionlar Liqası adı
ilə isə artıq 24 dəfə keçirilir.Gəlin bu turnirin Çempionlar Liqası
adlanmasından sonra baş tutmuş ən yaddaqalan finallarını yenidən xatırlayaq.Növbəti yazı Çempionlar Liqasının 1998/99 mövsumunun
finalıdır.Ümumilikdə bəlkədə bu turnir Çempionlar Liqası tarixində ən maraqlı
turnir idi.24 komanda 6 qrupda yarışırdı.Qrup brincilərindən əlavə 2 ən yaxşı nəticə
göstərmiş ikinci yerin sahibidə 4/1 finala vəsiqə qazanırdı.
Erkən qarşılaşan Finalçılar
Qrup mərhələsində İş elə gətirirki gələcək
finalçıların hər ikisi eyni qrupa düşurlər.
Onlardan əlavə qrupda Barselona və
Brondbo klublarıda olur.
Qrup mərhələsinəcən hər iki komanda pley-off oyunlarında içtirak edir.Mançetrlilərin rəqibi ilk mərhələdə Gəncə Kəpəzini mubarizədən uzaqlaşdırmış Polşanın Lodz klubu olur."Qırmızı Şeytanlar" ilk oyunda 2-0 hesablı qələbə qazanır,cavab oyunu isə qolsuz heç-heçəylə bitir.Almanlar isə pley-ofda Yuqoslaviyanın Obiliç klubundan üstun olur.Qrup mərhələsinin "D" qrupunda bir-birlərinə rəqib olan gələcək finalçılar hər iki oyunda heç-heçə
oynayırlar.Munhendə 2-2 Mançetrdə issə 1-1 hesabı qyedə alınır.Qrup oyunları bitdikdən sonra Bavariya 11 xalla qrup lideri olaraq
birbaşa qrupdan çıxır.Mançestr Yunayted isə 10 xalla qrupda ikinci yeri tutur və
ikinci yeri tutmuş komandalar sırasında ən yaxşı nəticə göstərən iki klubdan
biri kimi 4/1 finala vəsiqə qazanır.
Kayzerdən Dahi Lobanovskinin Dinamosunacan
Munhenlilər
4/1 finalda digər Alman komandası Kayzerslauternə rəqib olur.İlk oyunda
Munhenlilər 2-0 hesablı qələbə qazanır.Cavab oyununda isə Bavariya rəqibin qapısına 4 cavabsız qol vurur.Yarımfinalda Almanları Dahi Lobanovskinin Dinamosu gözləyirdi.Qeyd edimki Dinamo 4/1 finalda urnirin son qalibi Real Madridi mubarizədən kənarlaşdırmışdı.İlk oyunda Dinamonun hucumçusu Şevçenko 16-cı dəqiqədə Kiyevlilərin ilk qolunu vurur.Ardınca 43-cu dəqiqədə Şeva dubl edərək Munhenliləri çətin vəziyyətə salır.Ancaq 2 dəqiqə sonra Trnat hesab arasındakı fərqi azaldaraq Almanlara ümid verir.Fasilədən sonra Lobanovskinin komandası Kosovskiylə yeidən fərqlənir və Dinamo Bavariya qarşısında 3-1 hesabıyla öpnə keçir.Bəlkədə çoxları Dinamonun bu oyunda qalib olacağını düşunurdu.Oyunun gedişatıda bunu göstərirdi.Ancaq "Alman Maşını" Oyunun sonlarında işə düşur və 78-ci dəqiqədə Efenberq heab arasındakı fərqi azaldır.Oyunun 88-ci dəqiqəsində isə Yanker Almanlara lazım olan qolu vuraraq hesabı bərabərləşdirir.Beləcə Bavariya çətin Kiyev səfərindən qollu heç-heçəylə dönur.Cavab oyununda isə Baslerin 36-cı dəqiqədə vurduğu qol yeganə olur və Bavariya finala vəsiqə qazanır.
"Kalçio" klublarının belə saxlaya bilmədiyi şeytanlar
Mançestr üçun əsas çətinlik qrupdan çıxandan sonra başlayır.4/1 və yarımfinal oyunlarında komandanın rəqibləri o zaman "Kiçik Dünya Çempionatı" adlanan İtaliya çempionatını təmsil edən komandalar olur.
Hər iki mərhələdə favroit kimi məhz İtaiya nəhəngləri sayılırdı.Ancaq necə deyərlər sən favorit saydığını say saydığını say gör "Qırmızı Şeytanlar" nə sayır.Ferqyusonun komandası 4/1 finalda Ronaldo və
Roberto Bacco kimi hucumçuları olan İnterə rəqib olur.İlk oyun İngiltərədə baş
tutur və Mançestr bu oyunda 2-0 hesablı qələbə qazanır.Cavab oyununda isə
İtalyanların hucum cəhdləri alınmır və oyun 1-1 hesablı bərabərliklə başa
çatır.Yarımfialda Mançestri başqa bir İtaliya komandası,turnirin son 3 ildə
ardıcıl finalçısı olan Yuventus "Qırmızı şeytanların" rəqibi olur.İlk
oyun yenədə "Dumanlı Albion"da keçirilir.Ulduzlardan ibarət Yuventus özunu heçdə qonaq kimi aparmır və oyuna çox surətli başlayaraq ardıcıl hucumlar edir və oyunun 25-cı dəqiqəsində
Kontenin qoluyla önə keçirlər.Oyun 90 dəqiqənin sonunacan Yuvenin 1-0 hesablı
ustunluyu ilə keçir.Artıq hər kəsin oyunun bu hesabla bitəcəyini duşunduyu
zaman artırılmış 2-ci dəqiqədə Giqqz meydan sahiblərinə ümid verəcək qolu
vurur.Cavab oyunu isə Mançestr üçun daha pis başlayır.Əvvəlcə 6-cı dəqiqədə
Zidanın cinahdan öturduyu topu İnzaqi qapıya göndərir.Ardınca 11-ci dəqiqədə
İnzaqi dubl edir.Mançestrə finala çıxmaq üçun artıq 3 qol vurmaq lazım
olur.Oyunun 24-cu dəqiqəsində kunc zərbəsindən sonra Roy Kin başla fərqi
azaldır.Bundan sonra "Qoca Sinyora" hucuma atılır və mubahisəli bir
epizodla bu qola cavab verir.Yenə Zidanın sol cinahdan öturməsi İnzaqi hamını
qabaqlayaraq topu Şmeyxelin başı üzərindən qapıya göndərir top boş qapıya doğru
gedir.Bu zaman Yap Stam topu başla boş qapıdan çıxardır.Bu epizodda Stamın topu
xətdən kənarda və ya içəridən çıxartmağı mubahisəli olaraq qalır.
Ardınca 34-cu
dəqiqədə York hesabı bərabərləşdirir.Komandalar fasiləyə bu hesabla
yollanırlar.İkinci hissədə yenidən İnzaqi fərqlənir ancaq yenə mubahisəli vəziyyət yaranır və arbitrin bayrağı
havaya qalxır.İnzaqinin bu qolu sayılmır.Bu epizod Ferqyusonun məşhur
"İnzaqi sanki ofsaytda doğulub" söhbəti yaranmasına səbəb olur.Oyunun
sonlarında "Qoca Sinyora"nın mudafiəciləri kobud səhv edir və Koul
Mançestri finala çıxaran qolu vurur.Beləcə "Qırmızı Şeytanlar çətinliklədə
olsa finala çıxırlar.Burada isə onları Bavariya gözləyirdi.
Unudulmayacaq Final
May ayının 26-da
final baş tutur.Oyunun 6-cı dəqiqəsində Baslerin vurduğu qolla Almanlar irəli
keçir.Oyunun 90 dəqiqəsi ərzində hesab dəyişmir.Artıq 90-cı dəqiqədir və hər kəs
Almanların qələbə qazandığını fikirləşir.Axı futbolda belə bir deyim var Alman
komandası hesabda öndədirsə ona qol vura bilməzsən.
Ancaq İngilislər bu deyimin yalan olduğunu sübut edirlər.Oyunun baş hakimi Kollina oyuna 3 dəqiqə əlavə
edir.Artırılmış birinci dəqiqə Alman mudafiyəçilərin qapıdan uzaqlaşdırdığı
topu Giqqz qapıya vurur,topa toxunan Şeringem onu tora salır.İngilislərin təzyiqi
qarşısında özunu itirən Almanlar az sonra kunc zərbəsindən sonra qapılarında
ikinci qolu görurlər.Kollinanın oyunun btdiyini bildirən fiti,İngilislərin
çempionluq sevinci.Ancaq Almanlar hələdə nə baş verdiyini anlamırlar...
Beləcə futbol tarixinin ən unudulmaz finalarından biri başa çatır.