16.12.15

XX əsrin ən güclu klubu.

16 dekabr Bu gün XX əsrin ən güclu klub komandası olan Milan klubunun 116 yaşı tamam olur!Bütun Milan azarkeşlərini təbrik edirəm.Bu əfsanəvi klubun yaranışı və tarixini kiçik bir yazıda birlikdə nəzərdən keçirək.




     Milan klubu 16 Dekabr 1899-cu ildə İngiltərəli mühacir Alfredo Edvards tərəfindən Milan şəhərinin Berke küçəsində yaradılıb.Komandanın ilk məşqçisi Herbert Kiplin olub!
Komandanın formasının rəngi o vaxtdan qara-qırmızıdr!Qara rəng təhlukəli qırmızı rəng isə şeytan mənasını verirdi.Ümumi mənası "Təhlukəli Şeytan" mənasını verirdi.Bu ad isə komandanın rəqiblərində qorxu yaratmaq üçün fiirləşilmişdi !Avropada ilk titulunu 1963-cu ildə qazanan Milan klubu bu gün Real Madrid və Barselona klublarından sonra dunyada ən çox beynəlxalq kubok qazanmış 3-cu komandadır (18 dəfə) ! Ancaq son 2 ilə qədər beynəlxalq kubokların sayına görə Milan İlk pillədə idi.Ümumiyyətcə Yuventus, İnter, Latsiyo, Fierontina, Parma kimi klublarda Avropada muxtəlif kuboklar qazansalarda İtaliya futbolunun Avropada əsas təmsilçisi Milan sayılır. 

     Milan klubunun muxtəlif dövrlərdə fərqli çıxışları olub.Ancaq komandanın ən gözəl dövrləri 1986-1996 cı illər dövru sayılır!Bu dövrdə klub 5 dəfə "ÇL" finalı oynayıb 3-də qalib gəlir!Komandanın 88/89 mövsumundəki heyəti 20-ci əsrin ən yaxşı klub komandası sayılır.Ümumiyyətcə Milan klubu təkcə bu 10 ildə qazandığı kuboklarla yox həmdəki göstərdiyi gözəl oyuna görə birinci idi!O zamanlar çoxları Milan klubunun göstərdiyi oyunla dünya futbolunda yeni bir mərhələyə çıxdığını fikirləşirdi!Komanda o zamanlar "The Immortals" (Ölumsuzlər) adlandırılmağa başlandı!Xüsusən o zamanlar "Dream Team"(Arzuların komandası) adlanan Barselonanı Nou Kampda 100 000 azarkeş qarşısında gözəl oyunla 4-0 udması və Barselona sisteminin iflasa uğratması Milan klubunun doğrudanda başqa futbol oynadığını göstərdi!Milan 2 fərqli ildə Çempionlar Liqasının finalında 4-0 hesablı qələbə qazanmasıylada yaddaşlarda qalıb. Milan həmdəki tarixdə Çempionlar Kubokunu qazanmış ilk İtaliya klubu kimi tanınır.
 
    Klubda dunya futbolunda ad qoymuş çoxlu futbolçular çıxış edib.Bu futbolçuların sırasında Maldini,Van Basten, Rivera, Donadoni,Tassotti, Ruy Koşta, Şevçenko, Roberto Bacco, Kafu, Nordal, Altafini, İnzaqi, Ronaldo ,Bekhem, Kaka, Ronaldinyo, Qattuzo, Barezzi, Desayi, Qullit, Raykaard,Zeedorf kimi əfsanələrin adını görə bilərik.Komandanın tarixində ən çox oyun keçirən 902 oyunla Paolo Maldini ən çox qol vuran isə 210 qolla Gunnar Nordaldı! Milan həmdə muxtəlif dövrlərdə klubda işləmiş və bu klubla böyuk uğur qazanaraq məhşurlaşan Sakki,Kapello,Ançelotti kimi məşqçilərlədə tanınır.








Комментариев нет:

Отправить комментарий