Dunyanın ən gözəl qapıçı qurtarışı.

Yəqinki hər bir futbol azarkeşinin dünyanın ən gözəl qolunun və qapıçı qurtarışının hansı olması haqda öz fikirləri var. Gözəl qollar demək olar ki, hər gün dunyanın müxtəlif yerlərində vurulur və bu qollar çox populyardır. Qapıçı qurtarışları isə, bu gözəl qolların bir qədər kölgəsində qalır. Ancaq bu gün mən sizə bir qapıçı qurtarışını göstərəcəm ki, bu qurtarış dünyada əksər gözəl qolları kölgədə qoyur. Bəlkə də çoxunuz bu qurtarışı görməmisiniz. Bu qurtarışı görən çətin ki, onu unutsun. Bu qurtarış Çempionlar Liqasının 2001/02 mövsumunun birinci qrup mərhələsinin F qrupunda keçirilmiş "Barselona" - "Lyon" oyununda baş verib. Bu qurtarışı edənsə "Lyon"un qapıçısı Qreqori Kupedir. Aşağıda həmin anın videosu var. Buyurun baxın.