20.2.16

"Qarabağ - Neftçi" bilib bilmədiklərimiz.

   

    Bu gün , yəni 20 fevral 2016-cı il tarixində iki köklu klubumuz olan Qarabağ və Neftçi 81-ci dəfə rəsmi oyunlarda üz-üzə gələcək.Bu klubların AFFA-nın təşkil etdiyi butun çempionatlarda iştirak etməyi və çox zamanda çempionluq üçun yarışmaları bu iki klubun öz aralarında keçirdikləri oyunları çox prinsipial edir.Bu iki komandanın oyunlarında olan prinsipiallıq bu oyunun "Azərbaycan derbisi" adlanmasına gətirib çıxartdı.Əvvəla onu qeyd edimki klublar SSRİ zamanında heç bir oyunda qarşılaşmayıblar.Səbəbi isə yəqinki hər birinizə məlumdur , futbol dövlət nəzarətində idi və Neftçi Azərbaycan xalqının yığma komandası kimi idi.Bir növ bugünku Milli yığma komandamızı əvəz edirdi.Zaman gəldi və sovetlər ittifaqı dağıldı.Bütun keçmiş sovet ölkələri kimi Azərbaycanda mustəqil oldu.Artıq Neftçi digər klublarımızla birlikdə AFFA-nın təşkil etdiyi milli çempionatıımızda iştirak etməyə başlayır.Beləcə uzun muddətli olacaq Neftçi - Qarabağ qarşılaşmaları başlayır.Klublar ilk dəfə 1992-ci ildə üz-üzə gəlir və Bakıdakı oyun 1-1 hesabıyla bitir ,Ağdamda isə Qarabağ rəqibindən üstun olur (2-1).Ümumiyyətcə ilk zamanlar "Azərbaycan Derbisində" Qarabağın üstunluyu açıq-aşkar görunurdu.Statistikaya baxsaq 2000-ci iləcən Azərbaycan çempionatlarında baş tutmuş Qarabağ- Neftçi oyunlarının 6-da Qarabağın 3-də Neftçinin üstun olduğunu , 11 oyunda isə komandaların heç-heçəyə razılaşdığının şahidi olarıq.Ancaq 2000-ci ildən başlayaraq Qarabağda maliyyə probleminin pik həddə çatmağı və komandanın çox zəifləməsi Nefçtini bu derbidə güclu tərəfə çevirir.Onuda qeyd edimki Neftçinin derbidə qazandığı ən böyuk hesablı qalibiyyətdə (4-0) elə bu zamanlarda baş verib.Həmçinin 2001-ci ildə Qarabağın derbidə meydana 4 lisenziyasız oyunçu buraxmasına görə Neftçiyə 3-0 hesablı texniki qələbədə verilir.Ümimilikdə isə bu komandaların arasında baş tutmuş 80 oyunun 3-də texniki hesab qeydə alınıb.İlk texniki hesab isə 1994-cu ildə Azərbaycan kubokunun 4/1 final oyununda baş verib.Neftçinin klubdaxili yaramış problemlərə görə Qarabağla oyunlara çıxmaqdan imtina eləməsi Ağdamlıların hər iki oyunda 3-0 hesablı texniki qalibiyyət almasına səbəb olub.Komandalar bu günəcən 80 dəfə rəsmi oyunlarda qarşılaşıblar bu oyunlardan 28-də "Ağ atlılar" , 23-də isə "Flaqman" qalib gəlib , 29 oyunda isə tərəflərin qarşılaşması sülhlə nəticələnib.Bu oyunlardan 62-i ölkə çempionatında 18-i isə kubok oyunlarında baş tutub.Çempionat oyunlarında 20 dəfə Qarabağ 18 dəfə  Neftçi qalib gəlib 24 oyunda isə heç-heçə qeydə alınıb.Kubok oyunlarında isə Qarabağ 8 dəfə ,Neftçi isə 5 dəfə gülən tərəf olub , 5 oyunda isə qalib muəyyənləşmiyib.Bu oyunlardan ikisi kubok finalına təsaduf edib və bir dəfə Neftçi (3-0) , bir dəfəsə Qarabağ (3-1) qalib olub.Derbidə ən çox qol vuran oyunçu isə Qarabağın hucumçusu olmuş Muşfiq Huseynovdur (8 top) .
    Komandalar əzəli rəqib olmaqlarına baxmayaraq həmdəki yaxın əlaqələriylə tanınır.Həmçinin Azərbaycan futbolunda bir çox futbolçuların hət iki klubun formasını geyindiyinin şahidi ola bilərik.Bu iki klub arasında dəyişiklik etmiş ilk futbolçu 1970-ci illərdə Qarabağdan Neftçiyə keçmiş və azarkeşlərin Saşa kimi tanıdığı qapıçıdır.Ardınca isə məhşur futbolçu Elbrus Abbasov Qarabağdan Neftçiyə keçir.Elbrus Abbasovun Neftçiyə keçidi çox maraqlı alınıb.Beləki 70-ci illərdə Qarabağın heyətində Elxan adlı bir hucumçu olur və meydana çıxdığı hər oyunda qol vuran bu futbolçunun oyununu görənlər Azərbaycanda ikinci Banişevskinin yetişdiyini deyirlər.Beləcə futbolçunun sorağı Bakıya çatır və onun oyununu izləmək üçun Neftçinin seleksiyaçıları 1971-ci ildə Ağdama gəlir.Futbolçunun oyununu canlı izləyib bəyənirlər və dərhal Neftçiyə dəvət edirlər.Ancaq bu futbolçu şəxsi problemlərə görə Ağdamı tərk eləmir.Bu zaman Neftçi məşqçiləri Bakıya əliboş qayıtmamaq üçun Elxanın əvəzinə onun əvəzedicisi kimi baxılan gənc Elbrus Abbasovu Bakıya aparırlar.Ancaq ilk illər  Elbrus Abbasov Neftçidə özunə yer edə bilmir və gənc futbolçu Gəncəyə göndərilir.Ancaq 1975-ci ildə SSRİ çempionatının birinci dəstəsində oynayan Neftçi Elbrus Abbasovu geri qaytarır və 1 il sonra Abbasov 28 qolla SSRİ çempionatının birinci dəstəsində bombardir olaraq Neftçini güclulər dəstəsinə çıxardır.Qeyd edimki Elbrus Abbasov SSRİ çempionatlarında bombardir olmuş yeganə Azərbaycanlıdır.Futbolçu həmçinin Rusiyanın məhşur və qədim idman nəşrlərindən olan "Futbol və Xokkey" jurnalının 2013-cu ildə apardığı araşdırmaya görə Sovet vaxtdı azarkeşlərin ən çox sevimlisi olmuş 20 futbolçudan biri olub.Sonralar sovet dövrundə Ağdam klubundan Səttar Əliyev,Cavanşir Novruzov kimi futbolçular Neftçiyə keçsələrdə onlar elədə uğurlu oyun göstərə bilmirlər.Mustəqillik illərində isə bu iki klub arasında dəyişiklik edə futbolçular çox olub.Onlardan olk olaraq Tərlan Əhmədovun adını çəkmək olar,Neftçinin yetirməsi olan və uzun muddət Neftçinin muxtəlif komaandalarında oynayan Əhmədov sonradan Qarabağa keçir.Digər bir yadda qalan transfer kimi Rəşad Sdiqovun adını çəkmək olar futbolçu ilk olaraq Qarabağda oynamağa başlamışdır,hətta yuxarıda qeyd etdiyim 2001-ci ildə Qarabağın texniki məğlubiyyət almasına səbəb olan 4 yeiyetmə lisenziyasız futbolçudan biri olub.Sonralar Şəfaya ordansa Neftçiyə keçən futbolçu Qurban Qurbanovun Qarabağa baç məşqçi təyin olunmasından sonra yenidən Qarabağa gəlir ancaq bir muddət sonra yenidən Neftçiyə gedir.Rəşadın adaşı və millimizin kapitanı Rəşad Sadıqovda buna oxşar halla rastlaşıb.Beləki 1996-cı ildə Qarabağın uşaq komandasıda oynamağa başlayan və Qarabağla yeniyetmələr arasında Azərbaycan çempionu olan Sadıqov peşəkar karyerasında Turanda başlayanadan sonra Neftçiyə keçir.Ancaq sonradan klubda yaranan problemlərə görə futbolçu ikinci heyətə göndərilir və daha sonrasa Neftçini tərk edir.2009-cu ildə Sadıqov öz köhnə komandası sayılacaq Qarabağa dönur.Muxtəlif vaxtlarda Muşfiq Huseynov ,Aslan Kərimov ,Aftandil Hacıyev ,Bəxtiyar Musayev ,Vadim Vasliyev kimi futbolçular hər iki klubun formasını geyinib və hər iki komandada lider olublar.Bu iki klubda işləyən məşqçilərdə bir zamanlar rəqib duşərgədə olmuş insanlardı.Qarabağın baş məşqçisi Qurban Qurbanov Daşqın klubunun yetirməsi sayılsada futbolçu karyerasının son günlərini Neftçidə keçirib.Onun köməkçiləri Zaur Tağızadə və Elçin Rəhmanovda Neftçidəki çıxışlarıyla məşhurdular.Neftçi tərəfdədə karyerasının böyuk hissəsi Qarabağa bağlı olan və mustəqillik zamanında ancaq Qarabağda oynamış Səttar Əliyevin məşqçi olduğunuda qeyd edə bilərik.Oxucularımın çoxunun bilmədiyi daha bir faktıda qeyd edimki Neftçinin keçmiş baş məşqçisi Böyukağa Hacıyev uzun muddət (1995-1999) Qarabağın ikinci heyyətinin baş məşqçisi olub.

P.S: Yazım bir qədər gec hazır olsada düşunurəmki çoxunuzun marağına səbəb olacaq.Sonda bir futbol azarkeşi kimi hər kəsi stadiondan oyuna baxmağa dəvət edirəm və ümudvarammkı maraqlı oyunun şahidi olacaqsınız.Azarkeşlər isə "futbol 90 dəqiqə insanlıq ömur boyu" düşuncəsiylə hərəkət edib oyundan sonra qarşıdurma yaratmayacaq.

Комментариев нет:

Отправить комментарий