20.10.15

İngilis əzmkarlığının Alman İntizamını məhv etdiyi oyun...





Yəqinki klub səviyyəsində ən maraqlı turnir UEFA ölkələrinin çempionlarının yarışdığı UEFA Çempionlar Liqasıdır.İlk dəfə 1956-cı ildə təçkil olunan və 1992-ci iləcən UEFA Çempionlar Kuboku adlanan bu turnir 1992/93 mövsumundən başlayaraq UEFA Çempionlar Liqası adlanır.Bu günəcən ümumilikdə 61 dəfə , Çempionlar Liqası adı ilə isə artıq 24 dəfə keçirilir.Gəlin bu turnirin Çempionlar Liqası adlanmasından sonra baş tutmuş ən yaddaqalan finallarını yenidən xatırlayaq.Növbəti yazı Çempionlar Liqasının 1998/99 mövsumunun finalıdır.Ümumilikdə bəlkədə bu turnir Çempionlar Liqası tarixində ən maraqlı turnir idi.24 komanda 6 qrupda yarışırdı.Qrup brincilərindən əlavə 2 ən yaxşı nəticə göstərmiş ikinci yerin sahibidə 4/1 finala vəsiqə qazanırdı.

Erkən qarşılaşan Finalçılar

Qrup mərhələsində İş elə gətirirki gələcək finalçıların hər ikisi eyni qrupa düşurlər.
Onlardan əlavə qrupda Barselona və Brondbo klublarıda olur.

Qrup mərhələsinəcən hər iki komanda pley-off oyunlarında içtirak edir.Mançetrlilərin rəqibi ilk mərhələdə Gəncə Kəpəzini mubarizədən uzaqlaşdırmış Polşanın Lodz klubu olur."Qırmızı Şeytanlar" ilk oyunda 2-0 hesablı qələbə qazanır,cavab oyunu isə qolsuz heç-heçəylə bitir.Almanlar isə pley-ofda Yuqoslaviyanın Obiliç klubundan üstun olur.Qrup mərhələsinin "D" qrupunda bir-birlərinə rəqib olan gələcək finalçılar hər iki oyunda heç-heçə oynayırlar.Munhendə 2-2 Mançetrdə issə 1-1 hesabı qyedə alınır.Qrup oyunları bitdikdən sonra Bavariya 11 xalla qrup lideri olaraq birbaşa qrupdan çıxır.Mançestr Yunayted isə 10 xalla qrupda ikinci yeri tutur və ikinci yeri tutmuş komandalar sırasında ən yaxşı nəticə göstərən iki klubdan biri kimi 4/1 finala vəsiqə qazanır.

Kayzerdən Dahi Lobanovskinin Dinamosunacan

Munhenlilər 4/1 finalda digər Alman komandası Kayzerslauternə rəqib olur.İlk oyunda 

Munhenlilər 2-0 hesablı qələbə qazanır.Cavab oyununda isə Bavariya rəqibin qapısına 4 cavabsız qol vurur.Yarımfinalda Almanları Dahi Lobanovskinin Dinamosu gözləyirdi.Qeyd edimki Dinamo 4/1 finalda urnirin son qalibi Real Madridi mubarizədən kənarlaşdırmışdı.İlk oyunda Dinamonun hucumçusu Şevçenko 16-cı dəqiqədə Kiyevlilərin ilk qolunu vurur.Ardınca 43-cu dəqiqədə Şeva dubl edərək Munhenliləri çətin vəziyyətə salır.Ancaq 2 dəqiqə sonra Trnat hesab arasındakı fərqi azaldaraq Almanlara ümid verir.Fasilədən sonra Lobanovskinin komandası Kosovskiylə yeidən fərqlənir və Dinamo Bavariya qarşısında 3-1 hesabıyla öpnə keçir.Bəlkədə çoxları Dinamonun bu oyunda qalib olacağını düşunurdu.Oyunun gedişatıda bunu göstərirdi.Ancaq "Alman Maşını" Oyunun sonlarında işə düşur və 78-ci dəqiqədə Efenberq heab arasındakı fərqi azaldır.Oyunun 88-ci dəqiqəsində isə Yanker Almanlara lazım olan qolu vuraraq hesabı bərabərləşdirir.Beləcə Bavariya çətin Kiyev səfərindən qollu heç-heçəylə dönur.Cavab oyununda isə Baslerin 36-cı dəqiqədə vurduğu qol yeganə olur və Bavariya finala vəsiqə qazanır.

"Kalçio" klublarının belə saxlaya bilmədiyi şeytanlar

Mançestr üçun əsas çətinlik qrupdan çıxandan sonra başlayır.4/1 və yarımfinal oyunlarında komandanın rəqibləri o zaman "Kiçik Dünya Çempionatı" adlanan İtaliya çempionatını təmsil edən komandalar olur.

Hər iki mərhələdə favroit kimi məhz İtaiya nəhəngləri sayılırdı.Ancaq necə deyərlər sən favorit saydığını say saydığını say gör "Qırmızı Şeytanlar" nə sayır.Ferqyusonun komandası 4/1  finalda Ronaldo və Roberto Bacco kimi hucumçuları olan İnterə rəqib olur.İlk oyun İngiltərədə baş tutur və Mançestr bu oyunda 2-0 hesablı qələbə qazanır.Cavab oyununda isə İtalyanların hucum cəhdləri alınmır və oyun 1-1 hesablı bərabərliklə başa çatır.Yarımfialda Mançestri başqa bir İtaliya komandası,turnirin son 3 ildə ardıcıl finalçısı olan Yuventus "Qırmızı şeytanların" rəqibi olur.İlk oyun yenədə "Dumanlı Albion"da keçirilir.Ulduzlardan ibarət Yuventus özunu heçdə qonaq kimi aparmır və oyuna çox surətli başlayaraq ardıcıl hucumlar edir və oyunun 25-cı dəqiqəsində Kontenin qoluyla önə keçirlər.Oyun 90 dəqiqənin sonunacan Yuvenin 1-0 hesablı ustunluyu ilə keçir.Artıq hər kəsin oyunun bu hesabla bitəcəyini duşunduyu zaman artırılmış 2-ci dəqiqədə Giqqz meydan sahiblərinə ümid verəcək qolu vurur.Cavab oyunu isə Mançestr üçun daha pis başlayır.Əvvəlcə 6-cı dəqiqədə Zidanın cinahdan öturduyu topu İnzaqi qapıya göndərir.Ardınca 11-ci dəqiqədə İnzaqi dubl edir.Mançestrə finala çıxmaq üçun artıq 3 qol vurmaq lazım olur.Oyunun 24-cu dəqiqəsində kunc zərbəsindən sonra Roy Kin başla fərqi azaldır.Bundan sonra "Qoca Sinyora" hucuma atılır və mubahisəli bir epizodla bu qola cavab verir.Yenə Zidanın sol cinahdan öturməsi İnzaqi hamını qabaqlayaraq topu Şmeyxelin başı üzərindən qapıya göndərir top boş qapıya doğru gedir.Bu zaman Yap Stam topu başla boş qapıdan çıxardır.Bu epizodda Stamın topu xətdən kənarda və ya içəridən çıxartmağı mubahisəli olaraq qalır.

Ardınca 34-cu dəqiqədə York hesabı bərabərləşdirir.Komandalar fasiləyə bu hesabla yollanırlar.İkinci hissədə yenidən İnzaqi fərqlənir ancaq yenə mubahisəli vəziyyət yaranır və arbitrin bayrağı havaya qalxır.İnzaqinin bu qolu sayılmır.Bu epizod Ferqyusonun məşhur "İnzaqi sanki ofsaytda doğulub" söhbəti yaranmasına səbəb olur.Oyunun sonlarında "Qoca Sinyora"nın mudafiəciləri kobud səhv edir və Koul Mançestri finala çıxaran qolu vurur.Beləcə "Qırmızı Şeytanlar çətinliklədə olsa finala çıxırlar.Burada isə onları Bavariya gözləyirdi.

Unudulmayacaq Final

May ayının 26-da final baş tutur.Oyunun 6-cı dəqiqəsində Baslerin vurduğu qolla Almanlar irəli keçir.Oyunun 90 dəqiqəsi ərzində hesab dəyişmir.Artıq 90-cı dəqiqədir və hər kəs Almanların qələbə qazandığını fikirləşir.Axı futbolda belə bir deyim var Alman komandası hesabda öndədirsə ona qol vura bilməzsən.

Ancaq İngilislər bu deyimin yalan olduğunu sübut edirlər.Oyunun baş hakimi Kollina oyuna 3 dəqiqə əlavə edir.Artırılmış birinci dəqiqə Alman mudafiyəçilərin qapıdan uzaqlaşdırdığı topu Giqqz qapıya vurur,topa toxunan Şeringem onu tora salır.İngilislərin təzyiqi qarşısında özunu itirən Almanlar az sonra kunc zərbəsindən sonra qapılarında ikinci qolu görurlər.Kollinanın oyunun btdiyini bildirən fiti,İngilislərin çempionluq sevinci.Ancaq Almanlar hələdə nə baş verdiyini anlamırlar... 
Beləcə futbol tarixinin ən unudulmaz finalarından biri başa çatır.















Комментариев нет:

Отправить комментарий