26.8.15

Çempionlar Liqasının yadda qalan finalları silsiləsindən: İtaliyada bəyənilməyən Almanların qisası.

Yəqinki klub səviyyəsində ən maraqlı turnir UEFA ölkələrinin çempionlarının yarışdığı UEFA Çempionlar Liqasıdır.İlk dəfə 1956-cı ildə təçkil olunan və 1992-ci iləcən UEFA Çempionlar Kuboku adlanan bu turnir 1992/93 mövsumundən başlayaraq UEFA Çempionlar Liqası adlanır.Bu günəcən ümumilikdə 60 dəfə , Çempionlar Liqası adı ilə isə 23 dəfə keçirilib.Gəlin bu turnirin Çempionlar Liqası adlanmasından sonra baş tutmuş 5 ən yaddaqalan finalını yenidən xatırlayaq.

     Növbəti xatırlayacağımız unudulmaz final Çempionlar Liqasının 1996/97 mövsumunun finalıdır.Bu finalda Son Çempionlar Liqasının qalibi olmuş və heyəti ulduzlarla dolu olan Yuventusun rəqibi Borussiya Dortmund idi.


O zaman dunyada ən məşhur komanda  olan Yuventus heyətinə görə dunyanın ən yaxşısı sayılırdı.Borussiya isə Almaniya çempionu olsada Avropada sıradan bir komanda idi.Çox maraqlıdırki komandalar 1 il əvvəl eyni qrupda olurlar.Onda Borussiya Yuventusdan sonra ikinci yeri tutaraq qurpdan çıxır.Ancaq 4/1 finalda Almanlar gələcək finalçı Ayaksa hər iki oyunda uduzurlar.Yuventus isə finalacan gedib finalda Ayaksı udaraq çempion olmuşdu.
    İlk öncə finalçı Borussiyanın finala gedən yoluna baxaq.Komanda Almaniya çempionu kimi Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanmışdı.Qrup mərhələsinin B qrupuda komanda Atletiko Madrid,Styaua və Vidzev komandalarına rəqib olur.Komanda Atletikoyla bərabər 13 xal toplasada top fərqində ikinci yeri tutaraq qrupdan çıxır.Dortmundlular 4/1 finalda Oserə rəqib olur və hər iki oyunda fransılzarı məğlub edir.Almanlar yarımfinalda isə Mançestr Yuaytedi hər iki oyunda minimal hesabla məğlub edərək finala çıxır.
     Digər finalçı Yuventus isə İtaliyda ikici yeri tutsada turnirin ötənilki qalibi kimi qalibi kimi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanır."Qoca Sinyora" C qrupunda Mançestr Yunayted,Fənərbaxça və Rapidlə yarışır.Turinlilər bəzi oyunlarda ikinci heyyətlə oynamağına baxmayaraq Rapidlə bir oyunda 1-1 hesablı heç-heçə edir və digər oyunlarda isə qol buraxmadan qalib gəlir.Yuve 16 xal toplayaraq qrupda 1-ci yeri tutur.Sonra 4/1 finalda Rusenburqu udaraq yarımfinalda ötən il finalda udduğu Ayaksa rəqib olur.Turinlilər 2 oyuna 6 qol vurmaqla Ayaksdan üstun olur. 



     Final oyununa keçməzdən öncə oyunu daha maraqlı edən daha bir faktı deyimki bu oyunda Borussiyanın heyətində Yuventusun keçmiş 4 oyunçusu forma geyinirdi.Bunlar Ştefan Reyter,Andreas Müller,Yurgen Kohler və Paulo Sousa idi.Yuventusa lazım olmayan bu oyunçuların sanki Yuventusdan intiqam almaq üçun gözəl şansları yaranmışdı.İndisə keçək final oyununa.1997-ci ilin may ayının 28-də Munhen stadionunda bu möhtəşəm final başlayır.Yuventus meydana 4-4-2 taktiki sitemiylə çıxır.


Dortmundluların məşqçisi Otmar Hitsfeld isə güclu Yuventus qarşısında riskə getməyərək 5-3-2 taktikasından istifadə edir.Heç kimin gözləmədiyi halda oyunun 29-cu dəqiqəsində Karl Ridle hesabı açaraq Borussiyanın ilk qolunu vurur.Ardınca 34-cu dəqiqədə futbolçu dubl edərək komandasının ikinci qolunu vurur.Qeyd edəkki Ridle Borussiyaya Latsiyodan gəlmişdi.İtaliyada 3 mövsum keçirən futbolçuya Yuventus tanış rəqibiydi.İlk hissədə başqa qol olmur və İkinci hissədə Lippi gənc Del Pyeronu meydana buraxır.Oyunun 66-cı dəqiqəsində Alessandro Çempionlar Liqası finallarının bəlkədə ən gözəl qolunu vuraraq hesab arasındakı fərqi azaldır.Ancaq İtalyanlar özlərinə gəlməmiş 20 yaşlı Alman gənc Lars Rikken Dortmundluların 3-cu qolunu vurur.Beləcə Yuventus ardıcıl 2-ci kubok qazanmaq arzusunu reallaşdıra bilmir və Yuventusun uzun illər davam edcək finalda uduzma sindromu başlayır.










Комментариев нет:

Отправить комментарий