Belə bir düyim var, "Futbol, azarkeşlər üçün olan idman növüdür". Hər kəs bu cümləyə öz baxışıyla baxsa da, istənilən nöqteyi nəzərdən bu fikir çox doğrudur. Bu gün klubların faəliyyət göstərməsi və onların inkişafı üçün tələb olunan əsas resursların hamısı məhz azarkeşlərin sayəsində yaranır.
Bəs görəsən Azərbaycan klublarının hansının nə qədər azarkeşi var? Təəssüf ki, buna tam dəqiq cavab verəcək hansısa araşdrıma, məlumat bazası və ya bir statistika yoxdur. Qeyd edim ki, dünyanın əksər ölkələrində bu cür araşdırmalar aparılır, məlumat bazası hazırlanır. Sonra isə bu məlumat bazası həm marketinq məqsədi ilə, həmdə ki, futbolun inkişafı üçün istifadə edilir. Daha əvvəl İtaliyada aparılmış bir araşdırma barədə yazmışdım. O yazını buradan oxuya bilərsiniz.
Azərbaycan klublarının hansının nə qədər azarkeşi var?Bu suala qismən cavab tapmaq üçün kiçik bir araşdırma apardım. Təəssüf ki, bu barədə ölkədə hansısa bir məlumat bazası və ya sorğu olmadığı üçün qlobal oyun nəticələri saytı olan sofascore.com saytının məlumatlarını toplayaraq sizə təqdim edirəm.
Azərbaycan Premyer Liqasında iştirak edən klubların Sofascore.com saytında izləyici sayı:- Qarabağ - 240 000
- Neftçi - 18 000
- Zirə - 17 000
- Sabah - 16 000
- Turan - 10 000
- Sumqayıt - 9 200
- Araz Naxçıvan - 6 700
- Səbail - 6 600
- Kəpəz - 6 600
- Şamaxı - 4 800
- Qəbələ - 7 400
- Qaradağ Löklbatan - 5000
- MOİK - 4 300
- İmişli - 3 800
- Karvan - 3 300
- Zaqatala - 2 700
- Mingəçevir - 2 500
- Difai - 2 200
- Baku Sportinq - 1 700
- Cəbrayıl - 1 300