2018-ci ildə "European Football Benchmark"ın apardığı araşdırmaya görə İtaliyada 34 milyon futbol azarkeşi var. Bunlardan 33 milyonu isə, hansısa bir "A Seriyası" klubuna azarkeşlik edirdi. İtaliyanın əhalisi isə, o zaman 59 milyon idi. Yəni, İtaliyada əhalinin 66 faizi futbol azarkeşidir.
İndi əhali sayı 10+ milyon olan Azərbaycana baxaq. Ölkə əhalisinin 66 faizi təxminən 6.6 milyon insan edir. Bəs bizim ölkədə nə qədər azarkeş var? Ölkə çempionatı və "Qarabağ"ın Avropa oyunlarını analiz etsək, maksimum 100 min və ya ölkə əhalisinin 1 faizi. Belə olan halda hansı futboldan inkişaf gedə bilər?
Futbolun inkişafı üçün, bu gün, ilk növbədə ölkə çempionatında oyunlarda tribunalar heç olmasa 80 faiz dolmalıdır ki, 3-4 ildən sonra hansısa inkişaf başlasın.