Millidə 2024-də hansı klubun yetirmələri oynayıb?

 

2024-cü ildə Milli komandada hansı klubun daha çox yetirməsinin oynadığını müəyyən etmək üçün kiçik bir araşdırma etdim.
Azərbaycan milli komandası 2024-cü ildə 6 rəsmi oyun keçirib. Bu 6 oyunda meydanda milli komandanın 28 oyunçu olub. Bunlardan 19-u Azərbaycan futbolunun yetirməsi,  9-u isə xarici futbolun yetirməsidir. Xarici ölkələrdən 5-i Rusiya, 2-si Ukrayna, 1-i Niderland və 1-i isə Almaniya futbolunun yetirməsi olub. Qeyd edim ki, oyunçuların hansı klubun yetirməsi olduğunu müəyyənləşdirərkən UEFA qaydaları əsas götürülüb. Qəbul edilmiş qanunlara görə, bir futbolçu 15-21 yaş arası ən azı 36 ay sıralarında olduğu klubun yetirməsi sayılır. Bəzi futbolçular yetişmə dövründə çox klub dəyişdiyi üçün, onların yetirməsi olduğu klubu müəyyən etmək üçün 21 yaşdan əvvəl sonuncu və ən çox heyətində olduğu klub əsas götürülüb. (Məs: Renat Dadaşov, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə)

Milli futbolçuların yetirməsi olduqları klublara görə siyahısı:
"Qarabağ" (6) - Mahir Emreli, Musa Qurbanlı, Zamiq Əliyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axunzadə.
"Qəbələ" (4) - Qismət Alıyev, Elvin Camalov, Amin Seydiyev, Bəhlul Mustafazadə.
"Neftçi" (3) - Anton Krivotsyuk, Rahil Məmmədov, Rza Cəfərov.
"İnter" (3) - Abbas Hüseynov, Ceyhun Nuriyev, Coşqun Diniyev.
"Bakı" (2) - Vadim Abdullayev, Şəhriyar Əliyev.
"Sumqayıt" (1) - Xəyal Nəcəfov.
"Zirka Kiyev" (1) - Rüstəm əhmədzadə.
"Oleksandriyya" (1) - Emil Mustafayev.
"Enisey Krasnoyarsk" (1) - Aleksey İsayev.
"Zenit" (1) - Ramil Şeydayev.
"Anji" (1) - Mehdi Cənnətov.
"Dağdizel" (1) - Bədavi Hüseynov.
"Saturn" (1) - Emin Mahmudov.
"Ayntraxt Frankfurt" (1) - Renat Dadaşov.
"Qronigen" (1) - Ozan Kökçü.