Maksim Medvedev 35

29 sentyabr 1989-cü ildə Azərbaycan tarixinin ən yaxşı oyunçularından biri olan Maksim Medvedev doğulub. Bu gün futbolçunun 35 yaşı tamam olur. Təbrik edirəm!

Maksim karyerası ərzində yalnız bir klubun, "Qarabağ"ın formasını geyinib. 2004-cü ildə klubun uşaq komandasına qoşulan Maksim, 2006-cı ildə Elşad Xudadatovun dəvətiylə "Qarabağ"ın əsas komandasına dəvət edilir. 18 il müddətində "Qarabağ" formasıyla 552 oyuna çıxaraq klub tarixinin ən çox oyun keçirən futbolçusu olur. "Qarabağ"la 10 dəfə Azərbaycan çempionu olur, 6 dəfə isə Azərbaycan kubokunu qazanır. Milli komandada 81 oyunda meydana çıxıb və 4 qol vurub.
🔹 "Qarabağ" tarixində ən çox oyun keçirən futbolçu (552 oyun)
🔹 "Qarabağ"ın heyətində ən çox çempionat oyununda iştirak edən futbolçu (375 oyun)
🔹 Avrokuboklarda ən çox oynamış azərbaycanlı futbolçu (126 oyun)
🔹 Ən çox Azərbaycan çempionu olmuş futbolçu (10 dəfə)
🔹 Ən çox Azərbaycan kuboku qazanmış futbolçu (6 dəfə)
🔹 Azərbaycanın ən titullu futbolçusu (16 titul)
🔹 Azərbaycan milli komandasında ən çox oyun keçirən ikinci futbolçu (84 oyun)