"Qarabağ" üçün çətin olacaq Balkan səfəri


Bu axşam "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo" Zaqreb ilə qarşılaşacaq. Fikrimcə bu günə kimi "Qarabağ"ın ÇL pley-off mərhələsində qarşılaşdığı ən çətin rəqib "Dinamo"dur. Komandamızın "Ludoqorets" üzərindəki parlaq səfər qələbəsi eyforiya yaratmasın. "Qarabağ" bu gün eyni hesabla məğlub ola da bilər. Rəqib dinamik və hücüm futbolu oynayaraq meydanda dominantlıq edən komandadır. "Qarabağ" isə artıq bütün kartlarını açmış, dəyişiklik etmək imkanları məhdud olan kiçik büdcəli bir klubdur. Digər tərəfdəndə ki, rəqibin heyətində olan gənc futbolçular üçün ÇL-yə qatılıb daha böyük klublara keçmək kimi böyük bir motivasiya var. Nəzərə alaq ki, bu klub təkcə xorvat futbolçular üçün deyil, həmdə digər Balkan ölkələri və hətta İspaniyadan olan futbolçular üçün böyük klublara tramplindir. Son Avropa çempionatının ulduzu olan Olmo buna bariz nümünədir. Və, hal hazırda "Dinamo"nun heyətində ikinci Olmo ola biləcək ispan, fransız futbolçular var. Ümid edək ki, nə qədər çətin olsa da bu gün "Qarabağ" qələbə qazanacaq və iki matçın nəticəsində mərhələni keçən klub olacaq.