"Ludoqorers" - "Qarabağ" oyunundan 5 məqam

 "Ludoqorets" Avropada top liqalarda yarışmayan 5 ən güclü və böyük klubdan biridir. Fikrimcə "Qarabağ"la eyni gücdə olan klubdur. Tərəflərin arasında baş tutan ilk oyunda bəxt sayəsində "Ludoqorets", ikinci oyunda isə, motivasiya sayəsində "Qarabağ" qalib gəldi. Oyunla bağlı diqqət etdiyim 5 əsas məqam.

1. İki matça əsasən "Qarabağ" üçün ən məyusedici vəziyyət, qapı çərçivəsinə gələn əksər zərbələrin qol olması oldu. Komandaya təcili yaxşı bir qapıçı lazımdır. Bəlkə də, bir müddət sonra Buntiç əla oyun göstərəcək. Amma hal hazır ki keyfiyyəti ilə, "Qarabağ"a gəlmiş ən zəif legioner qapıçıdır.
2. Medina zədədən sonra hələ də formasını bərpa etməyib. Xüsusilə də fiziki forması və dayanıqlığı çox zəif idi.
3. Romao keçən il olduğu kimi, mövsümün startına çox zəif başlayıb. Amma matçın ortalarından başlayaraq oyununu "artırdı". Ehtimal ki, Patrikin oyuna girməsi Romaonu ürəkləndirdi. Xüsüsən oyunun sonlarında açar ötürmələr verməyə başladı.
4. Patrik əvvəlki formasını bərpa edir və onun mövqeyi "Qarabağ"ın oyun sistemi üçün çox vacibdir. Patrikin dünənki oyunu görəndə bir hadisə yadıma düşdü. Deməli Qara Qarayev "Qarabağ"ı tərk edib gedəndə, səbəblərdən biri kimi "Qarabağ"ın Patrik Andradeni gətirməsini göstərmişdi. Patrik dünən bir oyunda, bəlkə də, Qaranın karyerası ərzində "Qarabağ"a verdiyi xeyirdən daha çox xeyir verdi kluba.
5. Nəriman matça son dəqiqələrdə girsə də, əla oyun göstərdi. Hiss olunur ki, futbolçu son 1 ildə çox böyüyüb və hər oyun daha da böyüyür. Ümid edək ki, onun karyerası yüksələn xətlə davam edəcək və zədələrdən uzaq olacaq.