Ukraynada parlayan azərbaycanlı

Ukraynanın yeni parlayan gənc ulduzu Ramiq Zamiq oğlu Hacıyev. "Dnipro" klubunun hücümçusudur. 15 aprel 2024-cü ildə "Dnipro"nun "Metalist"lə səfər oyununda, "Dnipro"nun start heyətində meydana çıxaraq debüt edir. 6 may 2024-cü ildə baş tutmuş "Dnipro" - "Krivbas" oyununun 54-cü dəqiqəsində isə, gözəl reyd və zərbə ilə, ilk qolunu vurur. Ümumiyyətlə Ukrayna çempionatının son 7 turunda iştirak edərək "Dnipro" klubu ilə çempionatda 4-cü yeri tutur. Hal hazırda "Ukrayna U-19" milli komandasında çıxış edir. Sol, sağ və mərkəz hücumçusu kimi oynaya bilir.