"Zirə" ötən mövsüm ona qarşı olan hakim səhvlərinə və hücümçularının uğursuz oyununa baxmayaraq 2-ci yeri tutdu və kubokun finalında əla oyun göstərdi. Fikrimcə "Zirə"nin kubokun finalında göstərdiyi oun, ölkədə "Qarabağ"a bu mövsüm ən çox əziyyət verən oyun oldu. Klub rəhbərliyinə Azərbaycana xas olmayan uzunmüddətli strategiya üçün təşəkkürlər düşür. Rəşad Sadıqova isə sadəcə alqış düşür. Ümumiyyətlə "Zirə" mənə 14-15 il əvvəlki "Qarabağ"ı xatırladır. Və, fikrimcə "Zirə"yə maneələr yaradılmasa tezliklə "Qarabağ"dan sonra ölkənin ikinci böyük klubuna çevriləcək. Mövsüm bitən kimi transfer bazarında ən fəal klub "Zirə" oldu. Həmçinin transferlərə baxanda hiss olunur ki, klub öz strategiyasına uyğun transferlər edir. Hücümdakı problemlərə görə klub tarixinin ən çox qol vuran oyunçusu olan Volkov geri qaytarıldı, ötən mövsümün tapıntısı hesab edilən Junior Martins 100 minə "Kəpəz"dən alındı, qapıda rəqabət yaratmaq üçün Aydın Bayramov transfer edildi, klubun onurğasına çevrilmiş İsmayıl İbrahimli və prespektivli Rüstəm Əhmədzadə təkrar icarəyə götürüldü, Fuad Bayramovun transferi tamamlandı, keçən mövsüm əla oyun göstərən Elçin Əlicanov transfer edildi və müdafiəyə Ruanda milli komandasının oyunçusu Ange Mutsinzi gətirldi. Və, bu oyunçuların hamısı ilə uzun müddətli müqavilələr imzalandı. Nəzərə alaq ki, qarşıda hələ iki ay var və "Zirə"dən daha bir neçə transfer görə bilərik. Fikrimcə "Zirə"yə ən azı daha bir mərkəz müdafiəçisi və bir hücumçu lazımdır. Ehtimal ki, "Zirə", Musa Qurbanlının gəlişindən sonra daha az oynamaq şansı qazanacaq Redon Cicanı icarəyə götürə bilər.