Ana içeriğe atla
Avropada mərhələ keçən ilk klubumuz - 25 il
26 iyul 1999-cü ildə UEFA İntertoto kubokunda İsrailin "Makkabi" Hayfa klubunu mübarizədən kənarlaşdıran "Qarabağ", Avrokuboklarda mərhələ keçən ilk Azərbaycan klubu olur. 19 iyul 1999-cü il tarixində səfərdə Müşfiq Hüseynovun dubluyla "Makkabi"ni 1-2 hesabıyla udan "Qarabağ", cavab görüşündə 0-1 hesabıyla məğlub olsa da, səfərdə vurulan qollar sayəsində növbəti mərhələyə adlayır. Növbəti mərhələdə komandamıx Fransanın "Monpelye" klubuna rəqib olur. Bu, böyük beşlik ölkələrindən olan klubların Azərbaycan klubları ilə ilk qarşılaşması olur.