Qattuzo: Pirlo mələk simasına sahibdir, lakin o, əslində əsl...


Qattuzo: "Pirlo mələk simasına sahibdir, lakin o, əslində əsl q**** balasıdır. Bir gün "Milan"ın məşq mərkəzində yemək yeyəndə telefonumu stolun üstündə unutmuşdum. Pirlo telefonu götürüb "Milan"ın prezidentinə belə bir SMS göndərmişdi: "Hörmətli prezident, mənə istədiyim maaşı versən, bacımı ala bilərsən". Sonra prezident mənə zəng edib bu mesajın nə demək olduğunu soruşanda, bunun Pirlonun növbəti cındırlığı olduğunu izah etməli oldum."

Andrea Pirlo: Mən bir dəfə Qattuzoya “taxta” dedim və o, qisas almaq üçün məni döydü. Sonra mən onun cib telefonunu oğurladım və idman direktorumuz olan Braydaya onun adından mesajlar yazdım. Rino klubla müqavilənin uzadılmasını gözləyən vaxtlarda, hətta onun əvəzinə klubla danışıqlar apardım. Belə bir mesaj yazmışdım: "Əziz Ariedo, xahişimi yerinə yetirsən, bacımı … bilərsən." Rino bunu bildi, məni təpikləyərək döydü və Braydaya zəng edərək dedi: “Bunlar yenə Pirlonun əxlaqsız zarafatlarıdır!”

PS: Pirlo və Qattuzo arasında həm "Milan" bazasında həm də ki, İtaliya milli komandasının bazasında çoxlu davalar olub. Daha doğrusu Pirlo Qattuzoya lağ edirmiş, Qattuzo isə Pirlonu döyürmüş. Bir neçə dəfə "Milan" bazasındakı yeməkxanada Qattuzo Pirlonu çəngəl ilə deşməyə də cəhd edir. Bir dəfə Qattuzo millinin bazasında yatanda De Rossi və Pirlo onun otağına girir, De Rossi yanğınsöndürən aparatın köpüyünü Qattuzonun üstünə boşaldıb otaqdan qaçır. Oyanan Qattuzo Pirlonu görür və onu tutaraq möhkəm döyür.




Əsas səhifəyə dön