İtaliyanın "Kyevo Verona" klubu 2021-ci ildə maliyyə problemlərinə görə müflis olaraq ləğv olur. Klubun keçmiş oyunçusu və klub azarkeşlərinin kumiri Serxio Pellissyer qarşısına klubu bərpa etmək məqsədi qoyur.
Pellissyer 2021-ci ildə İtaliya futbolunun həvəskar liqasında yarışa başlayan "Klivense" adlı bir komanda qurur. Bundan əlavə, klubun adını dəyişdirmək üçün "Kyevo Verona" brendini alır.
"Daha bir vəd yerinə yetirildi. "Kyevo Verona brendini əldə etdikdən sonra Klivensenin 800 üzvü D Seriyasında növbəti mövsüm, 2024/2025-ci illər üçün ad və rəng seçdi: komanda "AC Chievo Verona" adını alacaq və klubun rəngləri "Klivense"nin ağ və mavi rəngində qalacaq."