Bu il "Sabah"ın UEFA Konfrans Liqasında rəqibi olacaq "Makkabi" klubunun avrokuboklarda Azərbaycan klublarına ən çox rəqib olmuş klub olduğunu bilirdiniz?
Hayfa klubu həmdə avrokuboklarda ən böyuk hesablı qələbəsini Azərbaycan klubu üzərində qazanıb. Həmçinin "Makkabi"nin avrokuboklarda ən böyük uğursuzluğu da bir Azərbaycan klubu ilə bağlıdır.
"Sabah" klubu, "Makkabi"nin avrokuboklarda qarşılaşacağı dördüncü Azərbaycan klubu olacaq. "Sabah" klubuna qədər Hayfa klubu ilə "Qarabağ", "Xəzər Lənkəran" və "Neftçi" klubları qarşılaşıb. Bu qarşılaşmalarda, 1 qələbə, 1 heç heçə və 4 məğlubiyyət görmuş klublarımız 5 qol vurub və 19 qol buraxıblar. "Xəzər Lənkəran" və "Neftçi"ni darmadağın edən "Makkabi"ni klublarımızdan ancaq "Qarabağ FK" məğlub edə bilib.
Avrokuboklarda 1993/94 mövsümündə debüt etmiş "Makkabi"nin avrokuboklarda ən uğurlu çıxışı, UEFA Kuboklar Kubokunun 1998/99 mövsümündə baş verib. Klub turnirin dörddəbir final mərhələsinə kimi yüksəlir, klubun hücümçusu Alon Mizrahi isə turnirin bombardiri olur.
Növbəti il isə, UEFA İntertoto kubokunun ilk mərhələsində Azərbaycanın "Qarabağ FK" klubu ilə qarşılaşır. İlk oyunda Müşfiq Hüseynovun dubluyla qələbə qazanan ağdamlılar cavab oyununda məğlub olsalarda, səfərdə vurulan qollara görə "Makkabi"ni mübarizədən kənarlaşdırır. Bu Hayfa klubunun avrtokuboklarda ilk mərhələdə mübarizəni dayandırdığı yeganə mövsümdür.
"Makkabi"nin Azərbaycan klublarıyla yolu növbəti dəfə, UEFA Avropa Liqasının 2013/14 mövsümündə kəsişir. "Makkabi" bu dəfə "Xəzər Lənkəran"a rəqib olur. Ancaq evdə 0-8 hesabıyla məğlub olan komandamız iki oyunun nəticəsinə görə 0-10 hesabıyla uduzur.
Hayfalıların avrokuboklarda qarşılaşdığı növbəti klubumuz isə "Neftçi" olur. UEFA konfrans Liqasının 2021/22 mövsümündə Bakıda baş tutmuş oyun 3-3 hesabı ilə bitsə də, Hayfada baş tutmuş oyunda "Makkabi" "Neftçi"ni 4-0 hesabıyla məğlub edir.