"Qəbələ" birincidir


Bu mövsüm Azərbaycan Premyer Liqasında "Qəbələ" klubunun 29 yetirməsi meydana çıxıb.

Bu mövsüm Azərbaycan Premyer Liqasında meydana çıxan futbolçuların hansı klubun yetirməsi olduğunu araşdırdım. Sonra yerli klubların hansının neçə yetirməsi olmasının sıralamasını hazırladım. Birinci yerdə 29 futbolçu yetişdirən "Qəbələ" klubudur. Maraqlıdır ki, "Qəbələ" klubu, sıralamada ikinci və üçüncü yerdə olan "Neftçi" və "Qarabağ"ın ikisinin birlikdə yetişdirdiyi futbolçunun cəmindən daha çox futbolçu yetişdirib. Qeyd edim ki, UEFA qaydalarına görə bir futbolçu 15-21 yaş arasında ən azı 36 ay sıralarında olduğu klubun yetirməsi sayılır.
1. Qəbələ (29)
2. Neftçi (15)
3. Qarabağ (11)
4. Sabah (9)
5. Sumqayıt (8 )
6. Bakı (7)
7-9. İnter (4)
Simurq (4)
Kəpəz (4)
10. Turan (3)
11-15. Xəzər L (1)
Ədliyyə (1)
Zirə (1)
AZAL (1)
Səbail (1)