Dünən "Roma"ya səfərdə qalib gələn "Bayer" bütün turnirlərdəki oyunlarda məğlubiyyətsizlik seriyasını 47 oyuna çatdırdı. Bu, avrokuboklar yaranandan sonra müasir futbolda, TOP-5 ölkələri klublarının arasında bir rekorddur. Amma Avropa futbolunda, bütün turnirlər daxil, rəsmi oyunlarda məğlubiyyətsiz ən uzun seriya "Seltik" klubuna məxsusdur. Bütün turnirlər daxil ən uzun 5 məğlubiyyətsiz seriya aşağıdakı kimidir:
62 oyun: "Seltik" (Şotlandiya) 1915-17 arası.
50 oyun: "Benfika" (Portuqaliya) 1963-65 arası.
47 oyun: "Bayer" (Almaniya) 2023- davam edir.
45 oyun: "Dinamo Zaqreb" (Xorvatiya) 2012-13 arası.
Ancaq ölkə çempionatlarında ən uzun məğlubiyyətsiz seriya isə bu cürdür.
104 oyun: "Styaua" (Rumıniya) 1986-89 arası.
88 oyun: "Linkoln" (Cəbbəlüttariq) 2009-14 arası.
69 oyun: "Seltik" (Şotlandiya) 2015-17 arası.
63 oyun: "Şerif" (Moldova) 2006-08 arası.
61 oyun: "Levadiya" (Estoniya) 2008-09 arası.