1956-cı ildə Macarıstanda baş vermiş üsyanının yatırılmasından sonra, Ferents Puşkaş İspaniyaya köç edir. Futbolçunu "Milan" və "Yuventus" transfer etmək istəyir. Ancaq, Macarıstana qayıtmaqdan imtina etdiyi üçün UEFA tərəfindən 2 il müddətinə futboldan uzaqlaşdırılır. 2 il müddəti bitdikdən sonra futbolçu bir çox macarların oynadığı İtaliyaya getmək istəsə də, yaşının çoxluğu və çox kök olduğu üçün, heç bir İtaliya klubu onu transfer etmir. Bu zaman heyətinin çoxunu itirmiş "Mançester Yunayted" futbolçunu istəyir, ancaq İngiltərədəki legioner limiti və Puşkaşın ingiliscə bilməməsinə görə bu transfer də baş tutmur. 2 il futboldan uzaq qaldıqdan sonra, 1958-ci ildə, 31 yaşında, 12 kilo artıq çəkiylə "Real Madrid" klubu ilə müqavilə imazalayır.
O zaman klubun meneceri ilə klubun məşqçisi Luis Karnilya arasında belə bir söhbət olur.
- Prezident Puşkaş ilə müqavilə imzaladı.
- Bu qarın ilə oynayacaq?
- Luis, bu artıq sizin işinizdir.
Ardınca isə, Puşkaş "Real Madrid"in heyətində meydana çıxdığı ikinci oyunda het-trik edir. Ümumilikdə "Real Madrid" formasıyla meydana çıxdığı 262 oyunda 242 qol vurur və 39 yaşında karyerasını bitirir.