Azərbaycanda gənc futbolçulara ən çox şans verən "Qarabağ" və "Zirə" klubudur.


CİES (Beynəlxalq İdman Araşdırmaları Mərkəzi), bu mövsüm dünyanın 61 Liqasında, oyunlarda, 21 yaşadək futbolçulara ən çox şans verən klubları müəyyənləşdirib. Azərbaycan klublarının sıralaması belədir:
1. “Qarabağ” – 6,2 %
2. “Zirə” – 4,6 %
3-4. “Sabah” – 4,3 %
“Neftçi” – 4,3 %
5. “Qəbələ” – 3,7 %
6. “Turan Tovuz” – 3,3 %
7. “Sumqayıt” – 3,2 %
8. “Kəpəz” – 1,9 %
9. “Araz-Naxçıvan” – 0,3 %
10. “Səbail” – 0,1 %
Ümumilikdə cədvələ Ukraynanın “Rux” klubu başçılıq edir. Ukrayna klubunun matçlardakı heyətinin 52,4 faizi gənclərdən qurulub. 2- ci yerdə Slovakiyanın “Jilina”(44,5 faiz) üçüncü yerdə isə Avstriyanın "Zalsburq" klubudur (42,7 faiz).