Futbol klubunun yetirməsi hansı oyunçu sayılır? Bu UEFA qaydalarına görə tənzimlənir. Qaydalara görə, futbolçu 15-21 yaş arasında ən azı üç mövsüm klub oyunçusu kimi qeydiyyatdan keçibsə, o klubun yetirməsi sayılır. Çünki, beynəlxalq təcrübədə futbolçunun yetişməsi dövrü 15-21 yaş arası olan dövr hesab edilir. Həmçinin, UEFA qaydalarına görə, 2008/09 mövsümündən başlayaraq, UEFA turnirlərində iştirak edən klubların 25 nəfərlik iştirak ərizəsinə, təmsil etdiyi futbol assosiasiyasının yetirməsi olan 8 futbolçu daxil edilməlidir. Bunun 4-u isə klubun öz yetirməsi olmalıdır. Məsələn, bu mövsüm "Qarabağ"ın Avroliqanın qrup mərhələsi üçün iştirak ərizəsində 8 nəfərlik limit, qaydalara görə bu cür idi.
"Qarabağ"ın yetirmələri: Maksim Medvedev, Toral Bayramov, Nihad Quliyev, Nəriman Axundzadə, Elvin Cəfərquliyev.
Assosiasiya yetirmələri: Bəhlul Mustafazadə, Rahil Məmmədov, Abbas Hüseynov.