Bu gün İtaliyada ən çox klub məşqçisi olmuş Karlo Matsone vəfat edib. Karlo Matsone haqqında 10 il əvvəl yazdığım amma yarımçıq saxladığım məqalədən bir parça.
… Matsone "Roma"da titul qazanmasada "Roma" və İtaliya futbolu üçun Totti kimi bir əfsanəni qazandırır . Sonralar Totti musahibələrindən birində hər zaman Romada oynadığı üçun ilk əvvəl Karlo Matosenyə minnətdar olduğunu deyir . İlk baxışdan bu iki insanın düşmən olduğu görunsədə, əslində Matsone bir cənublu sərt atanın öz oğlunu tərbiyə etdiyi kimi Tottiyə yanaşırdı .
Tottinin bütun şıltaqlıqlarına rəğmən Don Karlo ondakı bacarığı və əsl “Romalı” ruhunu çox yaxşı görurdu . Muxtəlif yollarla bu gənc istedadın bütun çatışmazlıqlarını aradan qaldırmağa çalışan Matsonenin onu bir Roma əfsanəsinə çevirməyi heçdə asan olmur . Yaşlı Roma azarkeşləri 1995\96 mövsumundə Napoli – Roma oyununda məşqçinin Tottini meydandan çıxartdıqdan sonra onun üstunə çığırmasını və Tottinin göz yaşlarını saxlaya bilməməsini yaxşı xatırlayır . Məşqçinin sevimli komandasında 3 illik fəaliyyətindən sonra komandadan uzaqlaşır və ona tanış olan "Kalyari"ylə muqavilə imzalayır . Matsonedən sonra "Roma"ya baş məşqçi postuna Argentinalı Karlos Byanki gətirilir . Tezliklə klubda Totti ilə Byanki arasında qarşıdurma başlayır və nəticədə Totti Romadan getmək istədiyini bildirir . Futbolçuya elçi tezliklə peyda olur və “Sampdoriya” klubu gənc futbolçunu icarəyə göturmək uçun Roma klubuyla danışığa başlayır . Bu zaman “Kalyari”də olan Don Karlo bu haqda eşitdikdən sonra Romanın əfsanəvi prezdenti olan Franko Sensiyə zəng edir . Matsonenin Sensiylə danışığından sonra Sensi Sampdoriyaya yox deyir və bir qədər sonra Matsone Kalyarinin prezdentiylə Sensinin göruşunu təşkil edir .
Göruş Romada keçirilən «Trofeo citta di Roma» kubokunun oyunları zamanı baş verir . Bu kubokda isə Romayla bərabər, Borussiya və klubun Tottinin mövqeyinə almaq istədiyi Litmanenin oynadığı Ayaks klubuda iştirak edirdi . Kubok oyunlarından öncə qəzetlərdə “Totti Kalyariyə keçir” başlığıyla Matsonenin musahibəsi çıxır və musahibədə Matsone Tottinin Roma üçun necə bir lazımlı oyunçu olduğundan danışır . Eyni zamanda Matsone Totti ilə olan söhbətlərində Tottinin nə baş verməsindən asılı olmayaraq Romada qalmalı olduğunu və onda əsl Roma ruhunun olduğunu deyir . Kubok oyunları başlayır və Romanın transfer etməyə hazırlaşdığı Litmanenin gözəl oyunu sayəsində Ayaks Almaniya klubu Borussiyanı məğlub edir . Litmanen sanki Romaya gəlməmişdən azarkeşlərin sevimlisi olmaq üçun meydanda şou göstərirdi . Növbəti oyunda Borussiya Roma ilə qarşılaşır və Tottinin cərimə zərbəsindən vurduğu qol Romaya qələbə qazandırır . Növbəti oyunda isə Roma ilə Ayaks qarşılaşır və Litmaneni kölgədə qoyan və şou göstərən Totti uzaqdan vurduğu möhtəşəm zərbəylə komandasına qələbə qazandırır . Tottinin sayəsində kuboku qazanan Romanın prezdenti Tottini heç yana buraxmayacığını bildirir . Beləcə Matsonenin sayəsində Tottinin Sampdoriyaya getməsi baş tutmur və onun təsiriylə Totti özunu göstərərək “Əbədi Şəhər" klubunun uzunmuddətli liderinə çevrilir . Sonralar Totti Romanın çempion olduğu 2000/01 mövsumunun kapitan sarğısını və Dunya Çempionu olduğu 2006-cı ilin dunya kubokunun bir kopyasını Matsoniyə göndərərək ona “Hər zaman mənimlə birlikdə olduğun uçun çox sağ ol. Biz bu titulları birlikdə qazandıq” deyə məktub yazır.