Edinson Kavani 2007-ci ildə Uruqvayın gənclər milli komandası ilə, gənclər arasında Cənubi Amerika Kubokunun bombardiri olur. Gözəl oyunu ilə "Real Madrid", "Atletiko", "Yuventus", "Milan" kimi Avropa nəhənglərinin və Argentina nəhəngi "Boka Xuniros"un maraq dairəsinə düşur. Ancaq yanvarın sonlarında gözlənilmədən 5 milyon avroya İtaliyanın "Palermo" klubuna transfer olunur. Məsələnin ən maraqlı tərəfi isə, "Palermo"nun bu transfer üçun "Real Madrid" və "Yuventus" klubundan daha az pul ödəməsi olur. Dərhal İtaliya mətbuatı bu transferdə Siciliya mafiyasının "əli"nin olduğunu axtarmağa başlayır. Kavani isə, mətbuata açıqlamasında uşaq vaxtı ailəsinin maddi çətinliklər içində olduğunu, bu zaman atasının gəlib uzun müddət Siciliyada işlədiyini deyir. Məhz buna görə Kavani özunu Palermo şəhərinə borclu saydığı üçun "Palermo"ya hə dediyini elan edir. Bundan sonra İtaliya mətbuatı Kavanin atasının əvəllər Siciliya mafiasına işlədiyini yazır.
Kavani "Palermo"dan "Napoli"yə keçir. 2011-ci ildə futbolçunun arvadının, qiyməti 18 min avro olan saatı oğurlanır. Polisin axtarışları bir nəticə vermir. Bu zaman "Kamorra" cinayətkar qrupu saatı taparaq Kavaniyə geri qaytarır. Qısa zamanda oxşar oğurluq hadisələri və problemlər "Napoli"nin bir neçə oyunçusunun başına da gəlir. Bu zaman İtaliya mətbuatı bu hadisələri, Kamorranın yenidən "Napoli"yə nəzarət etmək cəhdləri kimi qiymətləndirir.