Futbol və mafiya


 Futbol və mafiya. Bu iki ad artıq uzun illərdir ki tez-tez qoşa çəkilir. Bir zamanlar FİFA Dünya kubokunun oğurlanmasından sonra, futbol və mafiya adlarının birlikdə ən səs küylu səslənməsi 1984-cu ildə baş verir. 1984-cü ilin iyulu Maradonaya həsr olunmuş mətbuat konfransında, fransız jurnalist Allen Şalu Maradonadan, onun transferi üçün lazım olan pulun yarıdan çoxunu Neapolun mafiyası “Kamorra”nın yığdığı haqda şayiələrin nə dərəcədə doğru olduğunu soruşur. Maradona özunu eşitməzliyə vurur. Gənc ulduz tərəfindən məhəl qoyulmayan Şalu sualı "Napoli" prezidenti Korrado Ferlainoya yönləndirir və o, baxışı ilə jurnalisti qapıya yönəldir. Müxbiri mühafizəçilər əhatəyə alır və çıxış qapısına doğru aparırlar, jurnalist Korradoya baxır, amma mühafizəçilərə tabe olur. "Napoli"nin prezidenti fransızın arxasınca baxır və deyir: “Sualınız bizi incidir. Neapol dürüst şəhərdir”.

Qısaca "Kamorra" barədə deyim, Kamorra əslində bir mafiya qrupu deyil, mafiyanın analoqu olan və Neapolda 16-17ci əsrlərdə yaranan, çoxlu kriminal klanların birləşdiyi bir sindikatdır. "The economist" jurnalına görə 2016-cı ildə hər birinin ən az 500 üzvu olan təxminən 115 klan bu sindikata daxildir. Neapolda belə bir fikir var ki, hökumət bizə kömək edə bilməz və istəmir, ancaq Şimala - Turin və Milana diqqət yetirir. Biz yalnız özümüzə və Kamorraya ümid edə bilərik. Neapolu idarə edən bu sindikata, Neapol əhalisi müqavimət göstərməyə çalışmır və heç kim onlara qarşı Neapolda heç nə edə bilmir nə hökumət, nə də polis. Mafiyadan fərqli olaraq Kamorra insan öldurmək, haqq almaq kimi işlərlə nadir hallarda məşğul olur. Fərqli yollarla pul qazanırlar, hətta bir dəfə Silvio Berluskoninin qalmaqallı fotoşəkillərindən pul qazanmağa çalışdığına dair məlumatlar var. Bir dəfə məhkəmə prosesində məlum olmuşdu ki, SSRİ-nin Almaniyadakı hərbi komandanı sovet ittifaqı dağılanda SSRİ-nin Avropada olan bütun hərbi nəqliyyat təyyarələrini və bəzi silahlarını almağı Kamorraya təklif edib onlar isə təyyarələri Cənubi Amerika kartellərinə yönləndiriblər. Amma onların əsas qazancı narkotika alveridir. Avropanın bütun narkotika tranzitinə nəzarət edirlər.
"Kamorra" haqqında bu qədər, indidə keçək futbola. 10 may 1987-ci ildə "Napoli" ilk dəfə çempion olur. Neapolda günlərlə bayram olur və bu zaman Milanın "Il Sole 24 Ore" qəzeti belə bir başlıq ilə çıxır: "Napolinin Skudettosu Kamorranı məhv edir".
Qəzet sürətlə satılır. Yazılanları bütun İtaliya oxuyur, neapollular isə dəli olurlar və tezliklə yazılanları unuddular. Amma bir ildən sonra Milan mətbuatının köməyi olmadan eyni söhbətlər danışılmağa başlanır.
Kamorra hər şeyin mərc edildiyi yeraltı mərc dünyası "Totonero"nu idarə edirdi: hökumət uduşdan vergi götürürdü, Kamorra isə vergiləri dərhal, nağd və tam şəkildə ödəyirdi. Onlar "Totonero" vasitəsilə pulları yuyurdular. 87-ci ildəki çempionluqdan sonra Neapol əhalisi Maradonanın qüdrətinə o qədər inanırdı ki, Totonero, "Napoli"nin çempionluğuna 13 əmsal ilə 20 milyard lirə qəbul edir. "Napoli"nin çempionluğu Kamorranı 260 milyard lirə (202 milyon dollar, infilyasiyanı nəzərə alsaq indi milyardlarla dollar pul edir) zərərə salmalı idi. Ona görə də, "Napoli"nin yeni Skudettonu qazanması Kamorra üçün birincidən daha pis idi.
1987/88 mövsümündə Kareka, Cordano və Maradona kimi oyunçuları ilə "Napoli" artıq İtaliya futbolunun lideri idi. Komanda ardıcıl ikinci Skudettoya inamla irəlləyir, 25 turda cəmi iki dəfə (güclü "Milan" və "Roma"ya) məğlub olur və dörd xallıq fərqlə turnir cədvəlinə başılıq edirdi (qələbə üçün iki xal verilirdi o zaman). Sonra "Napoli" oyunçularının başına əvəllər gəlməyən hadisələr baş verdi. Kimsə Salvatore Banyinin evini iki dəfə qarət etdi. Neapolda üstünə ağcaqanadların belə enmədiyi Maradona maşınsız qaldı - maşınını dayanacaqda sındırırlar.
Çempionat oyunlarında “Napoli” “Yuventusa” uduzur, növbəti turda isə “Verona” ilə bərabərə qalır. Üstünlük bir xala çatır. Son üç turda isə "Napoli" məğlub olur və Skudetto Milana gedir.
Çempionatdan sonra istintaq başlayır. Banyi, Cordano və Qarella “Napoli”dən ayrılır və oyunçular susurlar. Dindirilməzdən əvvəl Maradonanın seyfindən əşyalar yoxa çıxır. Dieqo polisə şikayət etmir və oğurluqla bağlı heç bir açıqlama vermir. Bunun əvəzində o, Kamorra liderlərindən olan Salvatore Lo Russoya müraciət edir. Güclü mafioz (klana onun böyük qardaşı rəhbərlik edirdi) əlaqələrini işə salır və Maradonanın dörd qızıl saatını taparaq geri verir. Seyfdə saxlanılan Ballon d'Or (Qızıl top) isə, artıq əridilib qızıl külçə halına salındığından Maradona onu bir daha görmur. 1995-ci ildə Salvatore Lo Russo axtarışa verilir və 2009-cu ildə həbs edilir. 2011-ci ildə Lo Russo Maradonanın seyfinin Kamorra klanlarından biri tərəfindən qarət edildiyini etiraf edir.
"Napoli"nin niyə çempion olmamasının başqa bir versiyasıda var. Müstəntiqlər məlumat almaq üçun "Napoli" futbolçuları ilə yaxın əlaqədə olan və polisin məlumat verəni olan narkotik satıcısı Rosario Vilyionedən istifadə edirlər. Futbolçularla danışdıqdan sonra Vilyione deyir: mafiyanın bununla heç bir əlaqəsi yoxdur. Skudettonu "Milan" alıb.
Silvio Berluskoniyə şou və PR üçün çempion olmaq lazım idi. Ona göğrə də Berluskoni Ferlainoya ("Napoli" prezidenti) Milan şəhərinin dəbli ərazisi olan "Milan 3"də daşınmaz əmlak vəd edib.
Ferlaino, təbii ki, hər şeyi inkar edir. Berluskoni isə deyir: “Bu, təkzib etməyə dəyməyən absurd fikirdir”.
İş 90-cı illərin ortalarında bağlanır. Oyunçuların hamısı eyni sözləri dedilər, heç nə görmədik, heç kim bizi qorxutmadı, yorğun olduğumuz üçun məğlub olduq. Kamorra ilə bağlı yalnız Pyetro Pugliese (Maradonanın sürucusu) danışır: “1989-cu ilin dekabrında Fiumicino hava limanında Alessandra Bertero ilə görüşdüm - o, kokainin çatdırılmasına cavabdeh idi. Evdə malları yoxladım və bağlamanı çəkdim - üç kiloqram var idi - sonra Dieqoya verdim. Mənə 25 milyon lirə pul verildi”.
Bu sözlər yetrəsiz hesab edilir. Başqa heç bir sübut olmur və dindirilmələr heç bir nəticə vermir. Maradona isə Puglieseni məhkəməyə verir, lakin iş tamamilə gözlənilmədən bitir. Pyetro 5 nəfəri öldürdüyünü etiraf edir və 15 mafiozun əleyhinə ifadə verir və onların 14-u həbs edilir. Adı çəkilənlərdən yalnız Maradonanın agenti Gilyermo Koppola Cənubi Amerikaya qaçır.

2011-ci ildə Napolinin hücumçusu Lavezzi ilə bir çox klublar maraqlanır. "Yuventus" oyunçunun agenti ilə danışır. Hər kəs futbolçunun "Yuventus"a keçəcəyini gözləyir. Bu zaman Lavezzinin bəzi problemləri yaranır və Kamorra liderlərindən biri, Lavezzinin "Yuventus" və başqa İtaliya klubuna keçməyəcəyinə söz verməsi qarşılığında ona kömək edir. Bu isə başqa bir söhbətin mövzusudur...