Türkiyədə həbs edilən avstraliyalı futbolçular


1929-cü ildə Türkiyədə alışqanlar üzərində monopoliya yaradılır və ölkəyə girişdə üzərində bir alışqandan çox alışqan gətirmək qadağa edilir. Gətirdiyin bir alışqan üçun isə yüksək vergi ödəmək lazım imiş. Buna görə də Türkiyədə alışqan qaçaqmalçılığı çox gəlirli bir işə çevrilir. 1949-cu ilin yanvarında Avstraliya futbol komandası Türkiyəyə yoldaşlıq oyunu üçun gəlir. Avstraliyalı oyunçular Rayan Hard və Haneman həm ziyarət həm ticarət eləmək fikrinə düşur və Kadıköydə
qaldıqları otelin yanında özləri ilə gətirdikləri alışqanları satmağa başlayırlar. Tezliklə yerli polis ətrafdakı insanlarda alışqanların çoxaldığını görur. Avstraliyalı futbolçulardan şübhələnən polislər, iki əməkdaşını mülki insan kimi alışqan almağa göndərir. Beləcə futbolçuların qanunsuz ticarəti ifşa olunur və onlar həbs edilir. Futbolçuların çantasından 530 ədəd alışqan tapılır. Məhkəmədə futbolçular Türkiyədə alışqan satışının qadağan olunduğunu bilmədiklərini, öyrəndikdə isə alışqanları atmağa getdiklərini söyləyirlər. Ancaq bu onları xilas etmir və məhkəmə onlara 6 aylıq həbs və üzərilərində tapılan hər alışqana görə 5 tl pul cəzası kəsir. Haneman Avstraliya milli komandasının kapitanı olduğu üçun onların həbsi Avstraliyada böyuk səs küy yaradır. Vəkillərin və Avstraliya hökumətinin cəhdlərinə baxmayaraq futbolçular həbs edilir. Onların həbsindən 3 həftə sonra Türkiyə hökuməti ölkədə alışqan satışına icazə verir. Bu zaman onların vəkilləri futbolçuların azad edilməsi üçün məhkəməyə müraciət edir. Ancaq məhkəmə futbolçuları azad etmir və onları gömruk qaçaqmalçılığı cinayəti ilə 6 aylıq həbsdə saxlayır. 




Əsas səhifəyə dön