Kravçenko: “Xəzər Lənkəran”ın təklif etdiyindən 3 dəfə az məbləğə olsa belə razılaşıb, “Vorskla”da oynadım.
Azərbaycanda oynadıqdan sonra ən uğurlu karyera qurmuş futbolçu olan Sergey Kravçenko:
“2005-ci ili uğurlu keçirdikdən sonra Azərbaycanda maddi cəhətdən cəlbedici təklif aldım. “Qarabağ”da isə az pul qazanırdım – 600 dollar məvacib alırdım, yarım illik “podyomnı”m isə 5000 dollar idi. Özümü yaxşı göstərdikdən sonra isə həmin ölkədə daha çox pul qazana bilərdim. Məni “Xəzər Lənkəran”a dəvət etmişdilər. Həmin komanda növbəti il ölkə çempionu adını qazandı. Bundan əlavə, “Bakı” klubu da xidmətimdə maraqlı idi. Xoşbəxtlikdən həmin vaxt “Vorskla”nın baş məşqçisi, artıq dünyasını dəyişmiş Viktor Nosov məni komandasına götürdü. Məni əvvəldən də tanıyırdı. Amma dedi ki, Azərbaycandakı karyerandan sonra bərkimisən. Nosov məni bəyəndi və “Xəzər Lənkəran”ın təklif etdiyindən 3 dəfə az məbləğə olsa belə razılaşıb, “Vorskla”da oynadım. Atamın sözünə qulaq asdım. O, həmişə mənə deyirdi ki, pulun dalınca qaçma, futbolunu oyna, pul özü səni tapacaq”.