Siqareti daha çox sevən Dario Hübner


Qabaqlar bir italiyalı futbolçu var idi, Dario Hübner. Başdan xarabın biriydi. İtaliyanın 3 Liqasının bombardiri olmuşdu. Deməli bunun qızı "Milan" azarkeşi olur, Dariodan Şevçenkonun formasını istəyir. Həmin vaxt "Milan" bunu transfer etmək istəyir. Qoşulur "Milan"a, klubla gedir Cənubi Amerikaya. Klub çıxır meydana, Ançelotti görur Dario yoxdu. Gedir razdevalkaya görur ki Hübner oturub stolda, əlində pivə ağzındada bir siqaret.
Ançelotti soruşur ki "Bu nədi Dario? "
Hübner deyir ki, "Don Karlo bu mənim yaxşı oyanamağım üçundur, mən oyundan əvvəl içməsəm və çəkməsəm qol vura bilmirəm".
Ançelotti çıxır çölə oyunçulara deyir siz siqaret çəkirsiniz? Hamısı deyir yox. Soruşur, qol vura bilirsiniz? Deyirlər hə.
Çönub Hübnerə deyir ki "Qayıt İtaliyaya, sən bizə lazım deyilsən".
Hübner İtaliyaya qayıdıb "Pyaçentsa" ilə müqavilə bağlayır və o ildə A Seriyasının bombardiri olur.